AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XƏZƏR HÖVZƏ QƏZA-XİLASETMƏ XİDMƏTİ





Geri

FHN-in Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışı olub (Video)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan növbəti modul tipli hospitalının inşa edilməsi dünyada COVID-19 infeksiyasının sürətlə yayılması fonunda ölkəmizdə bu xəstəliklə mübarizədə Azərbaycan dövlətinin atdığı mühüm addımlardan biridir.

Bakı şəhərinin Zığ qəsəbəsində yerləşən bu modul tipli hospital ən müasir standartlara cavab verir. Modul tipli hospitalda koronavirus infeksiyasına yoluxmuş xəstələrin müalicəsi üçün bütün şərait yaradılıb, hospital müasir avadanlıqlarla təchiz edilib.

Belə ki, 7 iyul 2020-ci il tarixində açılan 800 çarpayılıq hospital son 43 gün ərzində 2277 çarpayılıq hospitala çatdırılıb.

Hospitalda hər bir çarpayı oksigen xəttinə birləşmiş cihazlarla təmin olunub.

  • Hər birində 104 çarpayılıq 4 yeni böyük korpusda – 416 çarpayı
  • Hər birində 80 çarpayılıq 3 yeni kiçik korpusda – 240 çarpayı
  • Köhnə korpuslarda – 691 çarpayı

Müalicə - diaqnostik korpusda:

  • 105 reanimasiya çarpayısı
  • 160 intensiv terapiya çarpayısı
  • Hemodializ – 1 çarpayı
  • Hemofiltr – 1 çarpayı

Cəmi 267 reanimasiya çarpayısı vardır.

Hospitalda:

  • 100 ədəd süni tənəffüs aparatı
  • 4 ədəd oksigen stansiyası
  • 2 ədəd mərkəzləşdirilmiş kompressor
  • 1 ədəd Kompüter tomoqrafiya aparatı
  • 6 ədəd portativ və 1 ədəd stasionar USM
  • Qastroskopiya, bronxoskopiya, kolonoskopiya
  • 300 ədəd – Edan markalı xəstə başı monitorları
  • 5 ədəd defibrilyator
  • 3 ədəd portativ rentgen aparatı
  • 17 ədəd portativ EKQ cihazı
  • 1 ədəd EEQ
  • 1 ədəd hemodializ
  • 1 ədəd hemofiltr
  • Kliniki, biokimyəvi, bakterioloji, mikrobioloji, PSR laboratoriya mövcuddur.

Modul tipli hospitalda yaradılan şərait koronaviruslu xəsətələrin müalicə işini qısa müddətə və keyfiyyətlə aparmağa imkan verir. Hospitalda məlumatların idarəetmə sistemi mövcuddur. Burada mərkəzi qərargahda müalicə prosesinə aid olan bütün məlumatlar qəbul edilir və müalicə prosesi bu qərargahdan idarə edilir. Bu sistem vasitəsilə xəstələrin tibbi məlumatlarını, müalicə prosedurlarını və bütün digər tibbi və qeyri-tibbi prosesləri həm hospital daxilində, həm də hospital kənarından izləmək mümkündür. Eyni zamanda bu sistem hospitalın fəaliyyət dövrünü istənilən tarix aralıqları üzrə izləmək imkanını verir.

Bu gün modul tipli xəstəxanaların açılması, bu xəstəliklə mübarizədə mühüm və effektiv addımların atılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşların sağlamlığının qorunması və ölkənin səhiyyə sisteminin inkişafına göstərdiyi xüsusi diqqətinin təzahürüdür.

Bu cür modul tipli xəstəxanaların tikintisinin xüsusi əhəmiyyəti vardır. Belə ki, bu cür xəstəxanaların qısa zamanda inşası Azərbaycan dövləti tərəfindən koronavirusla mübarizədə bütün mümkün qabaqlayıcı tədbirlərin həyata keçirilməsi və ölkəmizin bu qlobal çağırışa cavab verə bilməsi üçün yeni imkanlar yaradır.

Ümumilikdə modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır.

Hazırda ölkə rəhbərliyi tərəfindən atılan bu mühüm addımlar əhalinin sağlamlığının qorunması, xəstəliyin nəzarətdə saxlanılmasına şərait yaradır.

 


 

Xəstəxananın fəaliyyətinin özəl xüsusiyyəti Azərbaycanda ilk dəfə tətbiq olunan və tibb praktikasında bənzəri olmayan, yeni növ koronavirus infeksiyası üçün ixtisaslaşdırılmış tibbi məlumat sisteminin olmasıdır.

Tibbi məlumat sistemi tibb işçilərinin işini optimallaşdırmaq və hər bir xəstə üçün fərdi olaraq tibbi qərar qəbul etmək üçün intellektual dəstəyi təmin edir.

Xəstəxanaya qəbul olunduqda xəstə xüsusi təlim keçmiş tibb bacısı tərəfindən qeydiyyata alınır, epidemioloji analiz, baxış və müayinədən keçir və nəticələr elektron məlumat sistemində qeydə alınır. Beləliklə, sistem avtomatik olaraq xəstənin tibbi tarixçəsini yaradır, vəziyyətini qiymətləndirir, lazımi instrumental və laborator müayinələrinin həcmini müəyyən edir.

Aparılmış manipulyasiyalar tibb bacısı tərəfindən elektron imza ilə qeydə alındıqdan sonra, həkimin elektron cihazına xəstənin vəziyyəti, əsas və müşayiət olunan diaqnozları ilə tibbi tarixçəsi göndərilir. Alınan məlumatları araşdırdıqdan sonra həkim xəstəni müayinə edir, alınan materialları təsdiqləyir və ya müvafiq düzəlişlər edir. Müayinəni təsdiqlədikdən sonra həkim beynəlxalq protokollara əsasən tövsiyə olunan terapevtik tədbirlərin siyahısını, o cümlədən antiviral, iltihabəleyhinə və antikuaqulyant dərmanları, infuziyon terapiyası, oksigen təchizatı rejimlərini və s. görmək imkanı əldə edir. Həkim bu tövsiyələrdən xəstə üçün lazım olan müalicə sxemini seçir və qeydə alır. Həkim tərəfindən edilən təyinatlar onun elektron imzasından sonra avtomatik olaraq tibb bacısının planşetinə ötürülür. Tibb bacısı səsli siqnal vasitəsilə həkim tərəfindən göndərilən tibbi təyinatlar barədə xəbərdar olunur və dərhal onların yerinə yetirilməsinə və qeydiyyatına başlayır. Tibb bacısı qrafik şəklində müşahidə kartına yazılan tənəffüs tezliyi, qanın oksigen təminatı, arterial təzyiq, Elektrokardioaqrifaya göstəricilərinin dinamik müşahidəsini aparır. Tibbi İnformasiya Sistemi dəyişikliklərin dinamikasının proqnostik qiymətləndirməsinə imkan verir, planşetin ekranında yarana biləcək ağırlaşmalara dair xəbərdarlıqları göstərir, müalicə və oksigen terapiyası rejiminin korreksiyasına dair tövsiyələr verir. Sistem   xəstələrin bioparametrlərinin dinamik müşahidəsi haqqında  məlumatların və ultrasəs, kompyuter tomoqrafiyası, elektrokardioqrafik müayinələrin təsvirlərinin  Xəstələrin  Müşahidə Mərkəzinə ötürülməsinə və  mürəkkəb halların  kollegial müzakirəsinə,  zəruri hallarda Teletibb  Məsləhətləşmələri kanalları vasitəsilə xarici mütəxəssislərlə müzakirəyə çıxarmağa imkan verir.



Digər məlumatlar

Vətəndaşın FHN-in facebook səhifəsinə müraciətinə çevik reaksiya verildi

Fövqəladə Hallar Nazirliyinin rəsmi facebook səhifəsinə (https://www.facebook.com/officialfhn/) vətəndaş tərəfindən edilmiş şikayət əsasında FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (Video - Foto)

Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Nizami rayonunun inzibati ərazisində aparılan tikintilərə dövlət nəzarəti həyata keçirilən zaman......

Ardını oxu

Prezident İlham Əliyev koronaviruslu xəstələrin müalicəsi üçün modul tipli növbəti hospitalın açılışında videoformatda iştirak edib

Avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışı olub. ...

Ardını oxu