AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XƏZƏR HÖVZƏ QƏZA-XİLASETMƏ XİDMƏTİ



Geri

Nazir müavini Etibar Mirzəyev NATO-nun Təbii Fəlakətlərə Cavabvermə üzrə Avro-Atlantika Koordinasiya Mərkəzinin regional əlaqələndiricisi Vanhamme Villem ilə görüşüb

Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev 3-8 noyabr 2019-cu il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin birgə təşkilatçılığı ilə FHN Akademiyasında “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda keçirilən beynəlxalq regional təlimdə iştirak edən NATO-nun Təbii Fəlakətlərə Cavabvermə üzrə Avro-Atlantika Koordinasiya Mərkəzinin regional əlaqələndiricisi Vanhamme Villem ilə görüşüb.

Qonağı salamlayan nazir müavini Etibar Mirzəyev FHN-in Beynəlxalq Axtarış-xilasetmə dəstəsinin INSARAG sinifləndirilməsi məqsədilə həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verib, Bakıda təşkil olunan “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda beynəlxalq regional təlimin əhəmiyyətindən danışıb. Nazir müavini NATO və onun qurumları ilə mülki fövqəladə planlaşdırma sahəsində əməkdaşlığın mövcud səviyyəsindən məmnunluğunu bildirərək əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Qonaq isə öz növbəsində NATO-nun Təbii Fəlakətlərə Cavabvermənin Əlaqələndirilməsi üzrə Avro-Atlantik Mərkəzi ilə Azərbaycanın uyğun qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsinin məqsədəuyğun olduğunu bildirib.

Görüşdə hər iki qurum arasında əməkdaşlığın vəziyyəti və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Digər məlumatlar

Nazir Kəmaləddin Heydərovun İsmayıllı şəhərində vətəndaşların qəbulunun vaxtı dəyişib

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən 29 fevral 2020-ci il tarixində İsmayıllı şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişib. Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi tərəfindən respublikanın rayonlarında vətəndaşların qəbulu keçiriləcək

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən 29 fevral 2020-ci il tarixində İsmayıllı şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 11:00-dan İsmayıllı rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 28 fevral 2020-ci il tarixində Heydər Əliyev Mərkəzinin binasında saat......

Ardını oxu

Avstriyalı qonaqlar Fövqəladə Hallar Nazirliyində olublar

24 fevral 2020-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar  nazirinin müavini general-leytenant Etibar Mirzəyev Avstriya Respublikasının Azərbaycan Respublikasındakı......

Ardını oxu