AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XƏZƏR HÖVZƏ QƏZA-XİLASETMƏ XİDMƏTİ



Geri

Nazir müavini Etibar Mirzəyev Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyinin nümayəndə heyəti ilə görüşüb

Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev 3-8 noyabr 2019-cu il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin birgə təşkilatçılığı ilə FHN Akademiyasında “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda keçirilən beynəlxalq regional təlimdə iştirak edən Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Baş əməliyyat departamentinin rəisi Əbdülkadir Tezcanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan nazir müavini Etibar Mirzəyev FHN Beynəlxalq Axtarış-xilasetmə dəstəsinin INSARAG sinifləndirilməsi məqsədilə həyata keçirilmiş tədbirlər və növbəti addımlar barədə məlumat verib, bu sahədə göstərdikləri dəstəyə görə Türkiyə nümayəndə heyətinə təşəkkürünü bildirib. Nazir müavini hər iki qardaş ölkənin uyğun qurumlarının BMT çərçivəsində fəaliyyət göstərən Beynəlxalq Axtarış və Xilasetmə Məşvərət Qrupunun tərkibində səmərəli əməkdaşlığını xüsusi qeyd edib.

Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Baş əməliyyat departamentinin rəisi Əbdülkadir Tezcan səmimi görüşə görə təşəkkürünü bildirərək, Beynəlxalq Axtarış-xilasetmə dəstəsinin hazırlıq prosesi çərçivəsində Azərbaycan FHN-in qurumlarının təchizat və fəaliyyəti ilə tanış olduqlarını, qurumların axtarış-xilasetmə, yanğınsöndürmə sahəsində geniş imkanlarından məmnun olduqlarını dilə gətirib. Qonaq Azərbaycanın “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda keçirilən beynəlxalq regional təlimə ev sahibliyi etməsini yüksək qiymətləndirdiyini və əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Görüş zamanı FHN Beynəlxalq Axtarış-xilasetmə dəstəsinin Beynəlxalq Axtarış və Xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçirilməsinə hazırlıqla bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Digər məlumatlar

Nazir Kəmaləddin Heydərovun İsmayıllı şəhərində vətəndaşların qəbulunun vaxtı dəyişib

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən 29 fevral 2020-ci il tarixində İsmayıllı şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişib. Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi tərəfindən respublikanın rayonlarında vətəndaşların qəbulu keçiriləcək

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən 29 fevral 2020-ci il tarixində İsmayıllı şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 11:00-dan İsmayıllı rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 28 fevral 2020-ci il tarixində Heydər Əliyev Mərkəzinin binasında saat......

Ardını oxu

Avstriyalı qonaqlar Fövqəladə Hallar Nazirliyində olublar

24 fevral 2020-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar  nazirinin müavini general-leytenant Etibar Mirzəyev Avstriya Respublikasının Azərbaycan Respublikasındakı......

Ardını oxu