AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XƏZƏR HÖVZƏ QƏZA-XİLASETMƏ XİDMƏTİ



Geri

Türkiyənin Bayındır Memur-Sen Həmkarlar Təşkilatının nümayəndə heyəti FHN-də görüşlər keçirib

Türkiyənin MEMUR-SEN Konfederasiyasının sədr müavini, Bayındır Memur-Sen Həmkarlar Təşkilatının sədri Soner Can Tufanoğlu və bu qurumun təşkilatçılıq üzrə sədr müavini Levent Tosun respublikamızda səfərdədir. Səfər Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının dəvəti ilə reallaşıb.

Əvvəlcə, qonaqlar 27 noyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılovla birlikdə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, daha sonra Şəhidlər Xiyabanını və  Bakı Türk Şəhidliyi abidəsini ziyarət edərək məzarlar üzərinə tər güllər qoymaqla Ulu Öndərin və şəhidlərin ruhuna öz ehtiramlarını göstəriblər.

Daha sonra qonaqlar Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə ilə görüşüblər.

Nazir müavini Faiq Tağı-zadə qonaqları salamlayaraq, fövqəladə hallarla mübarizə sahəsində mövcud əməkdaşlığın əhəmiyyətindən söhbət açıb. O, yüksək səviyyəli Azərbaycan-Türkiyə münasibətləri fonunda iki ölkənin müvafiq həmkarlar təşkilatları arasında olan əməkdaşlığın və təcrübə mübadiləsinin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Görüş zamanı Bayındır Memur-Sen Həmkarlar Təşkilatının sədri Soner Can Tufanoğlu dəvətə və onlara göstərilən yüksək diqqətə görə minnətdarlığını bildirib, Türkiyə-Azərbaycan qardaşlığı və dostluğunun hər zaman tarixin sınaqlarından üzüağ çıxdığını qeyd edib və bu münasibətlərin daim inkişaf edəcəyini vurğulayıb.

Soner Can Tufanoğlu 2011-ci ilin oktyabrın 23-də  Van şəhərində baş verən zəlzələ ilə əlaqədar olaraq Türkiyəyə ilk hümanitar və xilasetmə yardımı edən ölkənin qardaş Azərbaycan olduğunu xüsusi qeyd edib.

Daha sonra qonaqlar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqında ittifaqın sədri Mehman İsmayılov görüşüblər.

Görüş zamanı Mehman İsmayılov qonaqları salamlayaraq dəvəti qəbul etdiklərinə görə minnətdarlığını bildirib. O, rəhbərlik etdiyi həmkarlar ittifaqı və onun fəaliyyəti haqqında geniş məlumat verib.

Bayındır Memur-Sen Həmkarlar Təşkilatının sədri Soner Can Tufanoğlu da öz növbəsində, iki ölkənin müvafiq həmkarlar təşkilatları arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. O, xoşməramlı əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu qeyd edib.

Görüşdə gələcəkdə uyğun həmkarlar təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinə dair məsələlər müzakirə olunub.

Səfər zamanı Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində, FHN-in Akademiyasında, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində və Xüsusi Riskli Xilasetmə Xidmətində olan qonaqlar bir sıra görüşlər keçirib, qurumların fəaliyyəti və yaradılan şəraitlə yaxından tanış olublar.

Səfər noyabrın 29-da başa çatacaq.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

14 dekabr 2019-cu il tarixində saat 17:29-da Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "3-cü mikrorayon bazarı" kimi tanınan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. 4 dəqiqə sonra, yəni saat 17:33-də ilk yanğınsöndürmə briqadaları hadisə yerinə çatıb. Yanğının mürəkkəbliyinə,......

Ardını oxu

FHN Dövlət Yanğından Mühafizə Xidmətində “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib

13 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin iştirakı ilə cari ilin 10 dekabr tarixində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsinin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib

11 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Heydər Əliyev məktəbinin lektoriyası”nın ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş məşğələsi keçirilib. Lektoriyanın qonağı siyasi elmlər doktoru, professor, Milli Məclisin deputatı Elman Nəsirov olub. ...

Ardını oxu