AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XƏZƏR HÖVZƏ QƏZA-XİLASETMƏ XİDMƏTİ





Geri

Fövqəladə hallar nazirinin müavini Ragim Lətifovun rəhbərlik etdiyi nümayəndə heyəti Fəlakət Riskinin Azaldılması üzrə Avropa Forumunda iştirak etmişdir

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Ragim Lətifovun rəhbərlik etdiyi nümayəndə  heyəti 21-23 noyabr 2018-ci il tarixlərində BMT-nin Fəlakətlərin Azaldılması Ofisinin (UN İSDR) təşkilatçılığı ilə İtaliyanın Roma şəhərində təşkilata üzv dövlətlərin yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Fəlakət Riskinin Azaldılması üzrə Avropa Forumunda  iştirak etmişdir.

Forumun təşkil edilməsində əsas məqsəd BMT-yə üzv dövlətlər tərəfindən Sendai Fəaliyyət Çərçivəsi sənədi üzrə görülmüş işlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi, fəlakət riskinin azaldılması üzrə regional və milli strategiya və planlar vasitəsilə əldə edilmiş təcrübələrin mübadiləsi, fəlakət riskinin azaldılması sahəsində 2015-2030-cu illər üzrə çərçivə sənədinin  həyata keçirilməsi mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində müzakirələrin aparılması olmuşdur.

Həmçinin, səfər zamanı UN İSDR-in Avropa üzrə rəhbəri xanım Paolo Albrito ilə görüş keçirilmişdir. Görüşdə Azərbaycanda fəlakətlərin azaldılması üzrə görülən işlər və Milli Strategiya barəsində ətraflı məlumat verilmiş, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Digər məlumatlar

FHN işə qəbulla əlaqədar növbəti müsabiqə elan edir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə davam edir. ...

Ardını oxu

FHN-in nümayəndə heyəti Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 52-ci sessiyasında iştirak edib

8-9 aprel 2019-cu il tarixlərində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi vəzifəsini icra edən Belkasem Elketroussinin dəvəti ilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərlik etdiyi nümayəndə heyəti Livan Respublikasının Beyrut şəhərində BMMT İcraiyyə Şurasının 52-ci sessiyasında iştirak edib. ...

Ardını oxu

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanın icrası ilə bağlı görülmüş işlər barədə növbəti müşavirə keçirilib

16 aprel 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin......

Ardını oxu