AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XƏZƏR HÖVZƏ QƏZA-XİLASETMƏ XİDMƏTİ



Geri

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji qrupunun ANAMA-da təlim keçmiş bir qrup əməkdaşına sertifikatlar təqdim olunmuşdur

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində (XRXX) 2 noyabr 2018-ci il tarixində Xidmətin Kinoloji qrupunun Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) təlim keçmiş bir qrup əməkdaşına sertifikatların təqdim olunması mərasimi keçirilmişdir.

Tədbirdə Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və ANAMA-nın direktoru Qəzənfər Əhmədov iştirak etmişlər.

Əvvəlcə, ANAMA-da təlim keçmiş Nazirlik əməkdaşlarının nümunəvi təlimlərinə baxış keçirilmişdir.  

ANAMA-nın əməkdaşlarının da iştirak etdikləri təlimlər zamanı şərti hadisə yerinin 100 metr radiusda ətrafındakı şəxslər təxliyə edilmiş, ilkin olaraq kinoloq tərəfindən əraziyə partlayıcı maddə axtarışını həyata keçirən xüsusi təlim keçmiş it gətirilmişdir. İt müvafiq siqnal verərək (oturaraq) çantada partlayıcı maddənin olduğunu təyin etmişdir. Bundan sonra, Minalardan təmizləmə üzrə çevik qrupun şəxsi heyəti çantada həqiqətən partlayıcı qurğunun olmasını, əgər partlayıcı qurğu varsa, onun işə düşmə prinsipini təyin etmək məqsədilə portotiv rentgen qurğusundan istifadə etmişdir. Şəxsi heyətin həyat təhlükəsizliyinin mümkün qədər təmin edilməsi məqsədilə rentgen qurğusu robot texnikası vasitəsilə uzaqdan idarə edilərək çantanın yanına yerləşdirilmişdir. Çantanın rentgen edilməsi nəticəsində şərti partlayıcı qurğunun olduğu müəyyənləşdirilmişdir. Müvafiq şərait və situasiya nəzərə alınaraq partlayıcı qurğunun Su topu (disrupter) vasitəsilə zərərsizləşdirilməsi qərara alınmış, bir nəfər mütəxəssis-istehkamçı tam təchiz oluunmuş qoruyucu geyim geyərək Su topunu çantanın yanına yerləşdirmiş və oradan uzaqlamışdır. Müəyyən olunmuş məsafədən partlayış üsulu ilə Su topundan atəş açılmış və şərti partlayıcı qurğu zərərsiz hala gətirilmişdir.

Təlimlərdən sonra XRXX-nin ANAMA-da təlim keçmiş bir qrup əməkdaşına ANAMA-nın direktoru Qəzənfər Əhmədov tərəfindən beynəlxalq dərəcəli sertifikatlar təqdim olunmuşdur.

Digər məlumatlar

Heydər Əliyev Fondu və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə tədbir keçirilib

Heydər Əliyev Fondu və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə 18 mart 2019-cu il tarixində valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün paytaxtın 1, 2 və 3 saylı internat məktəblərinin şagirdləri Fövqəladə Hallar Nazirliyinin Akademiyasının fəaliyyəti ilə tanış olmuşlar. ...

Ardını oxu

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun bununla bağlı imzaladığı əmrə əsasən......

Ardını oxu

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasına həsr olunan müşavirə keçirilib

14 mart 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin......

Ardını oxu