AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XƏZƏR HÖVZƏ QƏZA-XİLASETMƏ XİDMƏTİ





Geri

Fövqəladə hallar nazirinin müavini Faiq Tağı-zadə Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının həqiqi üzvü seçilmişdir

Dekabrın 6-da Fövqəladə Hallar Nazirliyində Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının Rəyasət Heyətinin üzvü, akademik Gennadiy Rodin təmsil olunduğu akademiyanın həqiqi üzvü seçilən fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadəyə diplom və döş nişanını təqdim etmişdir.

Qeyd edək ki, noyabrın 22-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyası Rəyasət Heyətinin iclası keçirilmişdir. İclasda Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının akademiki Gennadiy Rodinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Təbii fəlakətlər və həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrasının  müraciəti ilə bağlı məlumatı dinlənilmişdir.

İclasda  Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi  Akademiyasının Bakı şöbəsinin yaradılması, Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyası rəhbərliyinin, həqiqi üzvlərinin seçilməsi, Akademiya üzvlərinin mükafatlandırılması haqqında qərar qəbul edilmişdir.

AMEA-nın müxbir üzvü, Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrasının müdiri, texnika elmləri doktoru, professor İslam Mustafayev Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi  Aklademiyasının Bakı şöbəsinin rəhbəri təsdiq olunmuşdur.

Tibb üzrə fəlsəfə doktoru, Azərbaycanın əməkdar həkimi, fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova, AMEA-nın müxbir üzvü professor İslam Mustafayev, texnika elmləri doktoru, professor Fuad Hacızadə Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi  Akademiyasının həqiqi üzvləri seçilmişlər.

Digər məlumatlar

FHN “Qafqaz Baku city&residences” otelində yanğın-taktiki təlimi keçirəcəkdir

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Yanğından Mühafizə Hissəsi və FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Yasamal rayon bölməsi 2017-ci il dekabrın 7-də saat 15:00-da Bakı şəhər Tbilisi prospekti 38 ünvanında yerləşən “Qafqaz Baku city&residences” otelində yanğın-taktiki təlimi keçirəcəkdir. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Zərdab şəhərində vətəndaşları qəbul etmişdir

24 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Zərdab şəhərində Ucar, Göyçay, Kürdəmir və Zərdab rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir....

Ardını oxu

FHN-in Akademiyasında BƏƏ Milli Müdafiə Kollecinin nümayəndə heyəti ilə görüş keçirilmişdir

22 noyabr 2017-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Milli Müdafiə Kollecinin bir qrup yüksək rütbəli tələbə heyəti ilə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında görüş keçirilmişdir. ...

Ardını oxu