AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XƏZƏR HÖVZƏ QƏZA-XİLASETMƏ XİDMƏTİ

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  24 noyabr 2017-ci il tarixində Zərdab şəhərində, Zərdab Rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir. 20 noyabr 2017-ci il


Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 16 noyabr 2017-ci il tarixində Moldova Respublikasının daxili işlər naziri Aleksandr Jizdanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 16 noyabr 2017-ci il


14 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının I Hesabat-Seçki konfransı  keçirilmişdir. 14 noyabr 2017-ci il


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır...


Cəlilabad rayonunda birmərtəbəli 3 otaqlı köməkçi tikilinin 1 otağının yanar konstruksiyaları və içərisində olan əşyalar 15 m2 sahədə yanmışdır...


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yevlax rayonunda “Hyundai” markalı minik avtomobili kanala düşmüşdür...

Ümumi məlumat


Xəzər Hövzə Qəza-xilasetmə Xidməti Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sektorunda ərazilərin fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində öz səlahiyyətləri daxilində idarəetmə, əlaqələndirmə və nəzarəti həyata keçirən, habelə quruda və sularda qəza baş verdikdə və ya baş vermə ehtimalı böyük olduqda, neft və neft məhsullarının axımları ilə əlaqədar yaranmış fövqəladə hallara çevik reaksiya verilməsi, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədilə fəaliyyətin təşkilini, sularda baş vermiş qəza və hadisələr zamanı axtarış-xilasetmə işlərinin həyata keçirilməsini təmin edən qurumdur.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Dövlət Yanğından Mühafizə Xidməti respublika ərazisində baş vermiş yanğınların söndürülməsini və bununla bağlı təxirəsalınmaz xilasetmə işlərini (insanların, əmlakın və s.) həyata keçirən, yanğınsöndürmə texnikasına və vasitələrinə, habelə könüllü və idarədənkənar yanğından mühafizə bölmələrinin yaradılmasına dair tələbləri müəyyənləşdirən icra hakimiyyəti orqanıdır.

 
 

Dəniz üzgüçülüyü

XHQX gəmilərinin təhlükəsiz istismarını təmin etmək;Dənizdə axtarış və xilasetmə, dağılmış neftin ləğvi əməliyyatları zamanı gəmilərin dəniz üzgüçülüyünün təhlükəsizliyinə nəzarət etmək;Gəmi sürücülərinin bilik səviyyəsinin yüksək və müasir səviyyədə saxlanılmasına nəzarət etmək;Baş vermiş qəza hadisələrinin təhqiqatı, qeydə alınması və bu kimi hadisələrin baş verməməsinə dair tədbirlər planının hazırlanması;Qəza vəziyyətinə düşmüş gəmilərin kapitanlarına və digər üzən vasitələrin rəhbərlərinə təhlükəsiz üzmə barəsində göstəriş və məsləhətlər vermək.

Beynəlxalq standartlar

Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin fəaliyyəti Beynəlxalq Menecment sisteminin  İSO 9001:2008; İSO 14001:2004; OHSAS 18001:2007 beynəlxalq standartlarına uyğun tənzimlənir.

Normativ tənzimləmə

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidməti bu gün öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, normativ hüquqi aktları, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, o cümlədən Xidmətin Əsasnaməsini, Beynəlxalq Əmniyyətli İdarəetmə Məcəlləsinin tələblərini əsas götürərək dənizdə qəza-xilasetmə, yedək, dalğıc, neft dağılmalarının ləğvi, insanların daşınması, xilasedici-qoruyucu vasitələrə xidmət işlərini həyata keçirir.

Rəhbərlik haqqında məlumat


Fuad Ramiz oğlu Bağırov

Azərbaycan Respublikası FHN Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin rəisi.


Qəbul günləri:
bazar ertəsi 16:00 - 18:00

Şakir Əbdül oğlu Quliyev

Azərbaycan Respublikası FHN Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin rəis müavini.


Qəbul günləri:
həftənin I-III-V günləri 10:00-15:00

Fəxrəddin Xankişi oğlu Bünyadov

Azərbaycan Respublikası FHN Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin Xilasetmə və sualtı texniki işlər üzrə rəis müavini.


Qəbul günləri:
həftənin I-II-III-IV-V günləri 10:00-15:00

Balaağa Məlikrza oğlu Balayev

Azərbaycan Respublikası FHN Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin rəis müavini.


Qəbul günləri:
həftənin I-II-III-IV-V günləri 10:00-15:00