AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XÜSUSİ RİSKLİ XİLASETMƏ XİDMƏTİ



Geri

18 yanvar 2019-cu il saat 09:00-dək:

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 50 m² olan taxtadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 10 m² sahədə və ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyü 2 m² sahədə yanmışdır. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Yardımlı rayonunun Ünəç kəndində ümumi sahəsi 100 m² olan köməkçi tikilinin çardağının yanar konstruksiyaları və tikiliyə bitişik, ümumi sahəsi 80 m² olan talvarın altına yığılmış 8 ton ot bağlamasının 5 tonu yanmışdır. Tikilinin, ot bağlamasının qalan hissəsi və talvar yanğından mühafizə olunmuşdur.​

Geri

18 yanvar 2019-cu il saat 05:30-dək:

Sumqayıt şəhərində ümumi sahəsi 40 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları 15 m² sahədə yanmışdır. Yüksək temperaturdan hamam otağının lambirindən ibarət tavanı 6 m² sahədə ərimişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.