AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XÜSUSİ RİSKLİ XİLASETMƏ XİDMƏTİ






Geri

14 iyun 2018-ci il saat 21:30-dək:

Ağdaş rayonunun Qarağan Şıxlar kəndində "QAZ" markalı yük avtomobilinin yanar hissələri, banına yığılmış 1,8 ton ot bağlamsının 1,3 tonu və ətrafında 300 m2 quru ot yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

14 iyun 2018-ci il saat 21:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayan 1948-ci il təvəllüdü Əhmədova Seyidxanım Qəndalı qızının halının kəskin pisləşməsi ilə əlaqədar onu təcili xəstəxanaya çatdırmaq zərurəti yaranmış, lakin ağır çəkili olduğundan bu mümkün olmamışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xəstənin təcili xəstəxanaya çatdırılmasına kömək məqsədilə xilasedicilər S.Əhmədovanı evdən çıxarmış və həkim briqadasına təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

14 iyun 2018-ci il saat 17:45-dək:

Ağcabədi rayonunun Poladlı kəndində "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Bakı şəhərinin Xətai rayonunda hasara quraşdırılmış elektrik lövhəsində 18 ədəd qoruyucu açar, 6 ədəd elektrik sayğacı və 50 p.m elektrik kabeli yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonunun Bəbəli kəndində 200 m2 sahədə quru ot və 200 m2 sahədə biçilməmiş taxıl sahəsi yanmışdır. Taxıl sahəsinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Zərdab rayonunun Körpükənd kəndində 30 m2 sahədə biçilməmiş və 1,5 ha biçilmiş taxıl sahəsi yanmışdır. Taxıl sahəsinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonunda ümumi sahəsi 390 m2 olan ikimərtəbəli 10 otaqlı evin birinci mərtəbəsində yerləşən mətbəxin yanar konstruksiyaları 20 m2 sahədə yanmışdır. Dəhlizin lambirindən ibarət tavanı 16 m2 sahədə ərimişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

14 iyun 2018-ci il saat 16:15-dək:

Beyləqan rayonunun Yuxarı Aran qəsəbəsində ümumi sahəsi 28 m2 olan birmərtəbəli 1 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 10 m2 sahədə, ona bitişik ümumi sahəsi 28 m2 talvarın yanar konstruksiyaları və altına yığılmış əşyalar yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonunun Çinarlı kəndində ümumi sahəsi 100 m2 olan ikimərtəbəli köməkçi tikilinin ikinci mərtəbəsinin tavanı 40 m2 sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

14 iyun 2018-ci il saat 13:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

14 iyun 2018-ci il saat 08:45-dək:

Beyləqan rayonunun Aşıqalılar kəndində 4 ton ot bağlamasının 3,5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.