AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XÜSUSİ RİSKLİ XİLASETMƏ XİDMƏTİ





Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 4-də ölkəmizdə səfərdə olan İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Qonaqları səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin fəaliyyətindən ətraflı danışaraq ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən bəhs etmişdir. Nazir çoxşaxəli fəaliyyətə malik olan “Leonardo” şirkəti ilə fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır.

Səmimi görüşə görə təşəkkürünü bildirən “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumo rəhbərlik etdiyi şirkətin Azərbaycanla əməkdaşlıqda hər zaman maraqlı olduğunu diqqətə çatdırmış, fövqəladə hallarla mübarizə sahəsindəki əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin mühümlüyündən danışmışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilmişdir.

Digər məlumatlar

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Lənkəran şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  27 fevral 2018-ci il tarixdə Lənkəran şəhərində, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir. ...

Ardını oxu

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı:

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) çətin meteoroloji şəraitdə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən aparılır. ...

Ardını oxu

FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti xüsusi-taktiki təlim keçirmişdir

16 fevral 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətin Dərnəgül metro stansiyasında, Xidmətin xilasedici qrupları ilə “Çağırış zamanı xilasedici qrupların hərəkətləri” mövzusunda xüsusi-taktiki təlim keçirmişdir....

Ardını oxu