ENG     20 Oktyabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
13 Oktyabr 2017-ci il
N 32 (547)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə /

Föv­qə­la­də Hal­lar Na­zir­li­yi xə­bər­dar­lıq edir: Dəm qazı təhlükəsi

Yeni il bayramında yanğın təhlükəsizliyi tədbirləri 

 

Hamı üçün əziz olan Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Bu səbəbdən, bəzi təhlükəsizlik qaydalarını hər birimiz bilməliyik:

  • evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, budaqları tavana və divarlara toxunmamalıdır;
  • küknar ağacını işıqlandırarkən yalnız standarta uyğun və saz vəziyyətdə olan elektrik qurğu və cihazlarından istifadə edilməlidir;
  • ağacın oyuncaqları tezalışan olmamalı, pambığı isə odadavamlı məhlula hopdurulmalıdır;
  • küknar ağacı olan otaqda atəşfəşanlıq edilməməlidir!

Həmçinin, bayram şənliklərində bunlar nəzərə alınmalıdır:

  • şənliklər ikinci mərtəbədən yuxarıda olmayan otaqda keçirilməlidir;
  • otağın divarları, arakəsmələri, tavan və döşəməsi oda davamlı olmalıdır;
  • məkanın iki çıxış qapısı olmalıdır;
  • ehtiyat qapı üzərində "Çıxış" sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalıdır;
  • otağın qapıları mütləq bayıra açılmalıdır;
  • dəmir barmaqlıqlı pəncərəsi olan otaqda Yeni il şənliyi keçirilməməlidir;
  • şənlikdə məkan üçün nəzərdə tutulan saydan artıq insan olmamalıdır;
  • şənlik zamanı işıq tam söndürülməməlidir;
  • şənliyə pambıq, tənzif, kağız və bu cür tezalışan materialdan paltar geyinilməməlidir;
  • şənlik məkanı ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

Unutmayın:
Qaydalara biganəlik - həyatımıza təhlükədir!     
Təhlükə zamanı "112"-yə zəng edin!

 

 

Qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edin!

Qaz cihazlarından təlimata uyğun düzgün istifadə edilməməsi səbəbindən insan itkisi və xəsarət alması ilə nəticələnən partlayış, yanğın, zəhərlənmə kimi bədbəxt hadisələr baş verir. Bu cür hadisələrin baş verməməsi üçün hər bir vətəndaşın bir sıra qaydalara əməl etməsi zəruridir.

  • Qaz cihazlarının istər obyektdə, istərsə də evdə quraşdırılması, yerinin dəyişdirilməsi mütləq qaydada bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər, qaz təsərrüfatı müəssisəsi tərəfindən həyata keçirilməlidir.
  • Qış mövsümü başlanmazdan əvvəl mütəxəssislər tərəfindən sobalara baxış keçirilməli, tüstü bacaları təmizlənməlidir!
  • Mənzilə daxil olduqda qaz iyi hiss etmisinizsə, işığı yandırıb-söndürmək, elektrik cihazlarını işə salmaq, siqaret çəkmək, açıq alovdan istifadə etmək olmaz!
  • Müəyyən məqsədlər üçün qaz cihazlarından qurğu və aqreqatların, hissələrin çıxarılması yolverilməzdir.
  • Qaz cihazlarına qazın nəql edilməsində rezin şlanqların istifadəsi qəti qadağandır!
  • Qaz cihazlarını işlək vəziyyətdə qoyub yatmaq, sobaların həddindən artıq qızmasına yol vermək, onları uşaqlara, xəstələrə etibar edib evdən çıxmaq olmaz!
  • Mənzili tərk edərkən qaz cihazları mütləq söndürülməli, qaz borularının ventilləri bağlanmalıdır!
  • Mətbəxdə məişət qaz sobalarının üzərinə qazan, çaydan qoyduqda suyun səviyyəsi elə olmalıdır ki, su qaynadıqda daşmasın. Belə ki, qaynayan su daşıb odluğu söndürə bilər. Bu isə qaz sızması ilə nəticələnər və partlayış baş verər!
  • Vanna otağında nəfəslik, təbii işıq mənbəyi, ventilyasiya kanalı olmalıdır. Qapı bayır tərəfə açılmalı və qapının aşağısında hava daxil olması üçün dəliklər olmalıdır!

 

İstirahətimizi xoş ovqatla və təhlükəsiz keçirək

İnsanların sularda təhlükəsiz istirahətini təmin edən Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti çimərliklərdə vətəndaşları aşağıdakı davaranış qaydalarına riayət etməyə çağırır!

  • Çimərlikdə uşaqları nəzarətsiz qoymayın;
  • 13 yaşdan aşağı uşaqlara çimərlikdən yalnız valideynlərin və böyüklərin müşayiəti ilə istifadə hüququ verilir;
  • Nəzarətsiz ərazilərdə çimmək qadağandır;
  • Suda üzən nəqliyyat vasitələrinə yaxınlaşmayın;
  • Çimmə zonasının işarələnmiş sərhədlərini keçmək qadağandır;
  • Çimərlik ərazisini və suyun dibini zibilləmək qadağandır;
  • Çimmə zonasında balıq ovlamaq qadağandır;
  • Sərxoş halda çimərliyə getmək və çimmək həyatınız üçün təhlükəlidir;
  • Qayıqların, skuterlərin sərxoş şəxslərə verilməsi qadağandır;
  • Qadağan edilmiş ərazilərə üzgü vasitələri ilə daxil olmaq təhlükəlidir;
  • Hər bir vətəndaş insanların sularda təhlükəsizliyini qoruyan Xidmət əməkdaşlarının çağırışlarına və tələblərinə riayət etməlidir;
  • Xilasetmə məntəqəsinin, xilasetmə texnika və avadanlığın, habelə xilasedicilərin olduğu yerlərdə çimmək lazımdır;
  • Xəbərdaredici nişanların və lövhələrin tələblərinə riayət edin;
  • Belə lövhələri sındırmaq və ya ondan şəxsi məqsədlər üçün istifadə etmək qadağandır.

 

 

 

 

 

 

 




Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il