ENG     30 Aprel 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
29 Aprel 2017-ci il
N 14 (529)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Hadisə
Hadisə
29 Aprel 2017 Respublika ərazisində baş vermiş hadisələr

Respublika ərazisində baş vermiş hadisələr

•••Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 m2 olan hazırda fəaliyyət göstərməyən mağazanın yanar konstruksiyaları, içərisinə yığılmış məişət tullantıları yanmış və yüksək temperaturdan yaxınlıqda dayanmış "FİAT" markalı minik avtomobilinin sol tərəfi qismən qarsalanmışdır. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

•••Bakı şəhəri, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 52 m2 olan 2 otaqlı mənzilin mətbəxində 2 m2 sahədə ev əşyaları və soyuducu yanmışdır. Mənzil yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

•••Bərdə rayonu, Cəyirli kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 1 ton ot bağlamasının 0,5 tonu və yaxınlıqdakı ümumi sahəsi 72 m2 olan dəmir konstruksiyalardan ibarət tövlənin taxta atmaları yanmışdır. Yanğın zamanı tövlənin içərisində olan 2 baş iribuynuzlu heyvan yanaraq tələf olmuşdur. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

•••Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il