ENG     29 May 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
25 May 2017-ci il
N 17 (532)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Aktual
Aktual
25 May 2017Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Beyləqan şəhərində vətəndaşları qəbul etmişdir
25 May 2017 Əməkdaşlıq əlaqələri inkişaf etdirilir

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Beyləqan şəhərində vətəndaşları qəbul etmişdir

24 may 2017-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Beyləqan şəhərində Ağcabədi, Füzuli, Xocavənd və Beyləqan rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 18 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapmış, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir. Bundan başqa, kadr məsələləri ilə bağlı 73, digər məsələlərlə bağlı müraciət etmiş 30 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunmuşdur.



Əməkdaşlıq əlaqələri inkişaf etdirilir

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov mayın 18-də Niderland Krallığı Senatının sabiq sədri, Azərbaycanın Niderlandlı Dostları Qrupunun rəhbəri Rene Van der Lindenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Qonağı səmimiyyətlə salamlayan fövqəladə hallar naziri Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, həmçinin su ehtiyatlarının idarə olunması sahəsində görülən işlər barədə ətraflı məlumat vermiş, Niderland Krallığının müvafiq strukturları ilə əməkdaşlığın əhəmiyyətini vurğulamışdır. 2014-cü ilin noyabrında imzalanmış "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Niderland Krallığının İnfrastruktur və Ətraf Mühit Nazirliyi arasında su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" qarşılıqlı faydalı əməkdaşlığın inkişafında mühüm addım olmuşdur. Hazırda su ehtiyatlarının səmərəli idarə olunması üzrə bir çox işlər başa çatmış, birgə layihə çərçivəsində səylər davam etdirilir.

Rene Van der Linden səmimi görüşə görə minnətdarlığını bildirərək qeyd etmişdir ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Niderland Krallığının uyğun qurumları arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün geniş perspektivlər mövcuddur.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il