ENG     17 Senyabr 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
6 Senyabr 2019-ci il
N 30 (628)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Şamaxıda baş vermiş zəlzələnin fəsadları dövlətimizin başçısının sərəncam və tapşırıqlarına əsasən aradan qaldırılır

Zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə bağlı jurnalistlərin Şamaxıya media-turu təşkil edilib

Fövqəladə Hallar Nazirliyi bu il fevralın 5-6-da Şamaxında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə bağlı sentyabrın 5-də jurnalistlər üçün bu rayona media-tur təşkil edib.

AZƏRTAC xəbər verir ki, jurnalistlər tikintisi başa çatan, hazırda tikilən və inşasına yeni başlanan fərdi və ictimai yaşayış binalarında olublar.

Fövqəladə Hallar Nazirliyinin zəlzələ bölgəsi üzrə nümayəndəsi Həsən Qasımzadə mövcud vəziyyətlə bağlı media nümayəndələrinə məlumat verib.

Bildirilib ki, təbii fəlakətdən dərhal sonra Prezident İlham Əliyevin Şamaxıya gəlişi, mövcud vəziyyətlə yerindəcə tanış olması, sakinlərə dəyən zərərin qısa müddətdə aradan qaldırılması ilə bağlı verdiyi konkret tapşırıqlar artıq öz nəticəsini göstərib.

Həsən Qasımzadə xatırladıb ki, cari ilin fevralında Şamaxı, Ağsu və İsmayıllı rayonlarında zəlzələ baş verib. Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq zəlzələdən ziyan çəkmiş evlərin bərpası, yenidən qurulması istiqamətində işlərə başlanılıb. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarət 36 qrup regionda evlərə baxış keçirib. Həmin evlərin qəzalı və ya təmirə ehtiyacı olduğu müəyyənləşdirilib. Bu günədək komissiyalara vətəndaşlardan 10 min 649 müraciət daxil olub, onlardan 10 min 608-nə baxılıb. Qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərinin yenidən tikilməsi üçün layihə institutlarında smetalar hazırlanıb, bu gün də bu istiqamətdə işlər davam edir. Bununla paralel olaraq, bərpaya ehtiyacı olan evlərin bərpası ilə bağlı komissiyaların rəyi təsdiqlənib.

Tikilən evlərin keyfiyyəti ilə bağlı "Regional İnkişaf" İctimai Birliyinin dəstəyi ilə işlər görülür. Tikilən və bərpa edilən evlərin keyfiyyəti ilə bağlı texniki qruplar mütəmadi olaraq hər 3 rayonda evlərin keyfiyyətli tikintisinə nəzarət edir. Bu günə kimi təhvil verilən evlərin keyfiyyəti ilə bağlı vətəndaşlardan şikayət daxil olmayıb.

Qeyd olunub ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı əsasında "Regional İnkişaf" İctimai Birliyinin nümayəndələri və könüllüləri Ağsu, İsmayıllı və Şamaxı rayonlarında zəlzələdən zərər çəkmiş evlərin sakinləri ilə görüşərək, onların problemlərinin həlli istiqamətində dövlət qurumları ilə birlikdə sıx işləyib, insanlara mənəvi dəstək göstəriblər. Həmçinin "Regional İnkişaf" İctimai Birliyi tərəfindən rayonda bir sıra sosial obyektlərin tikintisi nəzərdə tutulub.

H.Qasımzadə bildirib ki, qəzalı evlərin sayı 847-dir. Ümumilikdə 547 ev tikiləcək. İndiyədək 251 ev tikilib, 257-si isə tikiləcək. Şamaxı şəhəri ərazisində müxtəlif səbəblərdən yerində tikintisi mümkün olmayan fərdi yaşayış evlərinin sakinləri üçün dördmərtəbəli 44 mənzilli, beşmərtəbəli 20 mənzilli və beşmərtəbəli 110 mənzilli yaşayış binalarının tikintisinə başlanıb. Vurğulanıb ki, tikinti, təmir-bərpa işləri Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq, Heydər Əliyev Fondunun "Regionların İnkişafı" İctimai Birliyimin dəstəyi ilə davam etdirilir.

Sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il