ENG     17 Senyabr 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
6 Senyabr 2019-ci il
N 30 (628)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

FHN-in İdman Sağlamlıq Mərkəzində FHN əməkdaşı olan çempionlarla görüş keçirilib

Avqustun 30-da Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin beynəlxalq yarışlarda uğur qazanmış əməkdaşları ilə görüş keçirilib.

Görüşdə Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev həmin idmançıları- XRXX-nin N saylı hərbi hissəsinin xilasedicisi gizir Gözəl Zutovanı, DYMX-nin Nəsimi rayon N saylı bölməsinin yanğınsöndürəni çavuş Orxan Mehdiyevi və TTNDA-nın sürücüsü Şahmar Nəzərovu əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Qeyd edək ki, Gözəl Zutova 15-17 mart tarixlərində Azərbaycanda keçirilmiş MMA üzrə Avropa Çempionatında çempion adını qazanıb, 5 iyun tarixində Bakı şəhərində təşkil edilmiş Qızıl kəmər uğrunda Beynəlxalq turnirdə ən yüksək pilləyə yüksəlib. O, həmçinin Sərbəst güləş üzrə Dünya kubokunun sahibi, MMA üzrə Avropa və Dünya çempionu, bir sıra beynəlxalq yarışların qalibidir. Gözəl Zutova  avqustun 18-də Gürcüstanda keçirilmiş MMA üzrə Beynəlxalq turnirdə 75 kq çəki dərəcəsində çempion olub. İdmançımız oktyabr ayında Koreyada keçiriləcək Sambo üzrə Dünya Çempionatına hazırlaşır.

Orxan Mehdiyev 22-25 avqust tarixlərində Rumıniyanın Konstanta şəhərində keçirilmiş Kung Fu Sanda üzrə Dünya çempionatında 65 kq çəki dərəcəsində iştirak edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. O, həmçinin 2016-cı ildə Macarıstanda keçirilmiş Kempo idman növü üzrə yarışda Dünya Kubokunun, 2017-ci ildə Portuqaliyada keçirilmiş Döyüş Növlərinin Dünya çempionatında Kung Fu Sanda idman növü üzrə gümüş medalın sahibi olub.

Şahmar Nəzərov 2017-ci ildə Portuqaliyada keçirilmiş Döyüş Növlərinin Dünya çempionatında Kung Fu Sanda idman növü üzrə dünya çempionu adını qazanıb, Rumıniyanın Konstanta şəhərində keçirilmiş yarışda isə bürünc medalın sahibi olub. Orxan Mehdiyev və Şahmar Nəzərov noyabr ayında İtaliyada keçiriləcək MMA üzrə Dünya çempionatına hazırlaşırlar.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il