ENG     17 Senyabr 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
6 Senyabr 2019-ci il
N 30 (628)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Fövqəladə Hallar Nazirliyinin komandaları yeni qələbələr əldə edir

23-25 avqust tarixlərində Türkiyənin Rizə şəhərində Karate üzrə Beynəlxalq turnir keçirilib. 12 ölkədən 1500-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin komandası İdman Sağlamlıq Mərkəzinin məşqçi müəllimi Coşqun Sadıqovun rəhbərliyi altında yüksək nəticələr göstəriblər.

Komandanın üzvü Fatma Hacıyeva 10 yaşlı idmançılar arasında -30 kq çəki dərəcəsində 5 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib və qızıl medalın sahibi olub. Komandanın digər üzvü Əli Səfərov 10 yaşlı idmançılar arasında -30 kq çəki dərəcəsində 6 görüş keçirərək yarışın gümüş medalına layiq görülüb.

Sentyabrın 3-də  Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev gənc idmançıları qəbul edərək, onları qazandıqları bu nailiyyətlərə görə təbrik edib, gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Bundan əlavə, 23-24 avqust tarixlərində Yaponiyanın Tokio şəhərində 52 ölkədən 750 idmançının qatldığı Karate-Do üzrə 14-cü Dünya çempionatı keçirilib. Bu çempionatda Fövqəladə Hallar Nazirliyinin komandası Karate-Do Federasiyasının rəhbəri, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının İdman qəza-xilasetmə kafedrasının rəisi 7-ci dan qara kəmər sahibi professor Əhməd Hətəmovun rəhbərliyi altında 3 idmançımızla -  65  kq çəki dərəcəsində İmran Quluzadə, -74 kq çəki dərəcəsində Mehman Eynalov və +75 kq çəki dərəcəsində Fuad Əliyevlə təmsil olunub.

İdmançılarımız dünya çempionatında millimizi uğurla təmsil edərək, +75 kq çəki dərəcəsində Fuad Əliyev çempionatın qızıl, -74 kq çəki dərəcəsində Mehman Eynalov isə gümüş medalına sahib olublar.

Sentyabrın 5-də Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev Yaponiyanın Tokio şəhərində Karate-Do üzrə dünya çempionatında fəxri pillələrə yüksəlmiş idmançıları qəbul edərək, onları qazandıqları bu nailiyyətlərə görə təbrik edib, gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il