ENG     17 Senyabr 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
6 Senyabr 2019-ci il
N 30 (628)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Maarifləndirmə tədbirləri davam etdirilir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhərində yerləşən "New Baku", "Home Boutiq" və "Lake Palace" otellərində, Gəncə RDYNİ "Azərxalça" ASC-nin Tovuz rayon filialında, Muğan RDYNİ Hacıqabul rayonunda yerləşən "Gilan Seramik" MMC-də, Biləsuvar şəhər Bələdiyyəsi və Lənkəran regional Qaz İstismar İdarəsinin Biləsuvar xidmət sahəsində, Cənub RDYNİ Urakəran kənd İcra nümayəndəliyində, Qarabağ RDYNİ Horadiz şəhərində yerləşən Mədəniyyət evində və Heydər Əliyev Mərkəzində, "Azərpambıq" MMC-nin Ağcabədi Pambıq istehsalı və emalı zavodunda, Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayon Mehdili kənd orta məktəbində, Bərdə rayon Həsənqaya kəndində yerləşən Mənzil Təmir İstismar Sahəsində, Bərdə rayon Mərkəzi Xəstəxanasında, Bərdə meşəbəyliyinin ərazisində, Ağcabədi şəhər 3 saylı Uşaq bağcasında, Beyləqan rayon Mərkəzi Poçtunda, Füzuli rayon Statistika İdarəsində, Aran RDYNİ Goranboy rayon Qızılhacılı kənd Tibb məntəqəsində, Tərtər rayon Poladlı və Ucar rayonu Qarabörk kəndi ərazisindəki meşə zolağında, Yevlax rayon Mərkəzi Bazarında, Yevlax rayon Aran qəsəbəsində yerləşən Ailə Sağlamlıq Mərkəzində, Göyçay rayon Qaraməryəm kənd Xəstəxanasında, Ucar şəhər 1 saylı Uşaq bağcasında, 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən "Adres" ticarət obyektində, Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Lerik şəhəri, Nizami küçəsində yerləşən Rayon Telekommunikasiya Qovşağında, Şimal-qərb RDYNİ Şəki şəhəri Bağbanlar küçəsində yerləşən 16 saylı Uşaq bağçasında, Aran RDYNİ 4 saylı Uşaq bağçasında, Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin Göyçay rayonu Potu, Hüngütlü, Mallı-Şıxlı kəndləri ərazisində yerləşən meşə zolağında yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə "İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları", "Dəm qazı təhlükəsi", "Məişətdə yanğın təhlükəsizliyi", "112" qaynar xətti"nə nə vaxt zəng etməli?", "Meşələrdə yanğın təhlükəsizliyi", "Odsöndürənlərdən istifadə qaydası" barədə, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi qeyd olunub.

Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün "Vətəndaşların nəzərinə", "Yanğın zamanı davranış qaydaları" mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

***

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Gəncə şəhəri 22 nömrəli Körpələr evi-uşaq bağçasının kollektivi ilə "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri kecirib.

Toplantının keçirilməsində məqsəd müəssisənin kollektivinə müxtəlif xarakterli fövqəladə halların yaranma səbəbləri, onlardan qorunma üsulları haqqında biliklərin aşılanması olub.

Tədbirdə zəlzələ, "112" qaynar telefon xətti, dəm qazı, yanğınlar, odsöndürən balonlardan istifadə qaydaları haqqında geniş məlumat verilib, mövzulara aid slaydlar, videoçarxlar nümayiş olunub.

Sonda mövzulara dair suallar cavablandırılıb.

***

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi Salyan RQİİ-nin Şirvan xidmət sahəsində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbir müəssisə kollektivinə fövqəladə hallar zamanı davranış qaydalarına dair biliklərin aşılanması məqsədilə təşkil edilib.

Mərkəzin əməkdaşları toplantıda təbii və texnogen mənşəli fövqəladə hadisələr, su hövzələrində insanların təhlükəsizliyi, dəm qazından zəhərlənmənin profilaktikası, "112" qaynar xətti" və sair mövzularda məruzələrlə çıxış ediblər.

Tədbirdə mövzulara dair videoçarxlar nümayiş etdirilib, suallar cavablandırılıb.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il