ENG     17 Senyabr 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
6 Senyabr 2019-ci il
N 30 (628)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyəti üçün kurs keçirilib

Sentyabrın 4-5-də Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyəti üçün "Beynəlxalq humanitar əməliyyatlarda iştirakın əsasları, Beynəlxalq hüquq və davranış qaydaları" mövzusunda kurs keçirilib.

Kursun əsas məqsədi şəxsi heyətin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (İNSARAG) sinifləndirilməsindən keçməyə hazırlanması, eləcə də beynəlxalq humanitar əməliyyatlarda iştiraka dair bilik və bacarıqlarının daha da artırılmasından ibarət olub.

Kursun gedişində Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ekspertlərinin Beynəlxalq Humanitar Əməliyyatlarda iştiraka dair Beynəlxalq norma və qaydalar, fəaliyyətin əsas prinsipləri, etik və həssas məsələləri əhatə edən mövzularda təqdimatları dinlənilib. Həmçinin beynəlxalq humanitar əməliyyatlarda beynəlxalq təşkilatların rolu, BMT, Qırmızı Xaç və Qızıl Aypara cəmiyyətlərinin  fəaliyyətinə dair məlumatlar kurs iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbir zamanı media nümayəndələri ilə qarşılıqlı əlaqənin təşkilinə dair məsələlər müzakirə edilib, mediaya müsahibələrin verilməsi prosesi məşq etdirilib.

Tədbirin sonunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib və xatirə fotosu çəkilib.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il