ENG     17 Senyabr 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
6 Senyabr 2019-ci il
N 30 (628)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyinə yekun vurulub

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı və FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə keçirilən Yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyinin final yarışına yekun vurulub.

Birincilik FHN-in Dövlət Yanğından Mühafizə Xidməti şəxsi heyətinin peşə və fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də yanğın-xilasetmə idmanının Fövqəladə Hallar Nazirliyi əməkdaşları arasında daha da populyarlaşdırılması, gənclər arasında təbliği məqsədilə təşkil edilib.

Yanğınsöndürən və Xilasedicilərin Beynəlxalq İdman Federasiyası tərəfindən təsdiq olunmuş "Yanğın-xilasetmə idmanının Qaydaları"na uyğun olaraq keçirilən respublika birinciliyində 14 komanda iştirak edib. Komandalar yanğınların söndürülməsində tətbiq edilən müxtəlif döyüş hərəkətləri kompleksindən ibarət olan hücum nərdivanı ilə təlim qülləsinin 4-cü mərtəbəsinə qalxmaq, 100 metrlik maneəli zolağı dəf etmək və döyüş açılışını yerinə yetirməklə güclərini sınayıb.

Döyüş açılışı üzrə mübarizədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 1-ci komandası 1-ci, Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsi ikinci, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 2-ci komandası isə 3-cü yerə çıxıb.

Hücum nərdivanı ilə təlim qülləsinin 4-cü mərtəbəsinə qalxmaq növü üzrə yarışda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları Asəf İbrahimov 1-ci, Tural Həzrətquliyev isə 2-ci yerə layiq görülüblər. Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsinini əməkdaşı Seymur Məmmədov isə 3-cü yerlə kifayətlənib.

100 metrlik maneəli zolağı dəf etmə növü üzrə yarışın qalibi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Asəf İbrahimov olub. Nərimamov rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşı Qalib Talıblı 2-ci, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Rövşən Heydərov isə üçüncü yerə çıxıb.

Yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyinin komanda üzrə qalibi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 1-ci komandası olub. 2-ci yerə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 2-ci komandası, 3-cü yerə isə Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsi çıxıb.

Qaliblər FHN işçilərinin Həmkarlar İttifaqı və Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən mükafatlandırılıblar.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il