ENG     17 Senyabr 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
6 Senyabr 2019-ci il
N 30 (628)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Çevik əməliyyat qruplarının praktik vərdişləri təkmilləşdirilir

Respublika ərazisində baş verə biləcək təbii və texnogen hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədi ilə Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının bütün hərbi hissələrində çevik əməliyyat qrupları fəaliyyət göstərir.

Mülki müdafiə qoşunlarının hazırlıq planına uyğun olaraq çevik əməliyyat qrupları ilə mütəmadi olaraq taktiki-xüsusi, xüsusi, mühəndis, radiasiya və kimyadan mühafizə hazırlığı və xüsusi tibbi hazırlıq məşğələləri təşkil olunub keçirilir.

Məşğələlər təcrübəli zabitlər tərəfindən çevik əməliyyat qrupu ilə hərbi hissələrdə olan mühəndis, kimya, tibbi, döyüş hazırlığı siniflərində yüksək səviyyədə təşkil edilir. Məşğələlərdə şəxsi heyətə xilasetmə işlərinin aparılması zamanı istifadə olunan kiçik mexanizasiya vasitələrinin texniki-taktiki xüsusiyyətləri, istifadə qaydaları, ilk tibbi yardımın göstərilməsi, kimyəvi təyinatlı obyektlərdə xilasetmə işlərinin aparılmasının xüsusiyyətləri, mühəndis qurğuları və pirotexniki vasitələrlə iş zamanı davranış qaydaları öyrədilir.

Xilasedicilərə peşəkar xüsusiyyətlərin aşılanması, onların professional vərdişlərinin və texniki vasitələrdən məharətlə və səriştəli istifadə etmə bacarıqlarının yüksəldilməsi bu məşğələlərin əsas hədəfidir. Odur ki, məşğələlərdə əsas diqqət şəxsi heyətin peşəkar hazırlığının yüksəldilməsi və praktiki vərdişlərə yiyələnməsinə yönəldilir.

FHN-in Mülki müdafiə qoşunlarının

Şəxsi heyətlə iş üzrə şöbəsi



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il