ENG     17 Senyabr 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
6 Senyabr 2019-ci il
N 30 (628)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi (İNSARAG) taktiki-xüsusi təlim keçirib

Avqustun 29-30-da Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin (İNSARAG) şəxsi heyətinin iştirakı ilə taktiki-xüsusi təlim keçirilib.

Təlimə Nazirliyin qurumlarının şəxsi heyəti və texnikası cəlb olunub.

"Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin (İNSARAG) zəlzələ nəticəsində zərərçəkmiş ölkədə axtarış-xilasetmə tədbirlərində iştirakı" mövzusunda keçirilən təlimin məqsədi Dəstənin şəxsi heyətinin İNSARAG qaydalarına uyğun fəaliyyət sahəsində maarifləndirilməsi və təlimatlandırılmasını təşkil etmək olub. Bundan əlavə Dəstənin şəxsi heyətinə idarəetmə və xilasetmə işlərinin təşkili üzrə əməli vərdişlərin aşılanması, eləcə də qarşılıqlı fəaliyyətin təşkili sahəsində bilik və bacarıqların artırılması qarşıya qoyulan əsas məqsədlərdən olub.

Avqustun 29-da dəstənin idarə heyəti ilə Nazirliyin Mülki müdafiə qoşunlarında təlimə hazırlıq məqsədilə toplantı keçirilib. Toplantıda Beynəlxalq axtarış-xilasetmə dəstəsinin vəzifələrinə və fövqəladə hallar zamanı fəaliyyət üzrə sənədlərə diqqət yetirilib, eyni zamanda bundan əvvəl təşkil olunmuş təlim və məşqlər müzakirə olunub.

Təlimin rəhbəri, təlimlə bağlı ümumi məlumat verərək bildirib ki, iki gün davam edəcək Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin taktiki-xüsusi təlimi gündüz saatlarında reallaşdırılacaq. Sonda təlimin rəhbəri şəxsi heyətə müvafiq tapşırıqlar və tövsiyələr verib.

Təlimin gedişində şəxsi heyətin nəzəri biliklərinin artırılması məqsədi ilə təqdimatlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Daha sonra təlimə start verilib. Nazirliyin Mülki müdafiə qoşunlarının ərazisində reallaşdırılan təlim zamanı Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şərti olaraq yardım üçün müraciət etmiş ölkəyə beynəlxalq axtarış-xilasetmə tədbirlərində iştirak etmək məqsədilə göndərilməsi məqsədilə hazırlıq vəziyyətinə gətirilməsi, hadisə yerindəki mövcud vəziyyətin qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili, dağıntılar altından zərərçəkənlərin xilas edilməsi üzrə tədbirlər həyata keçirilib.

Eləcə də əməliyyatlar zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunması, həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanması da diqqət mərkəzində olub. Təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub. Təlimin sonunda təlim üzrə fəaliyyətin müzakirəsi məqsədi ilə toplantı keçirilib, şəxsi heyətə müvafiq tövsiyələr verilib.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il