ENG     25 Avqust 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
23 Avqust 2019-ci il
N 28 (626)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Maarifləndirmə tədbirləri davam etdirilir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Xızı rayon İcra Hakimiyyətinin Altıağac qəsəbəsi üzrə nümayəndəliyində "Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Sumqayıt Regional Mərkəzi ilə yerli özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətin təşkili" mövzusunda dəyirmi masa keçirib.

Tədbirdə FHN-in Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları, yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələri iştirak edib.

Dəyirmi masada FHN-in Sumqayıt Regional Mərkəzi ilə yerli özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinin əhəmiyyətindən, həmçinin qarşıya çıxan problemlərdən söz açılıb.

Tədbirdə çıxış edənlər fövqəladə hallar orqanları ilə  yerli özünüidarəetmə orqanlarının mümkün əməkdaşlıq sahələri barədə məlumat verib və fövqəladə halların nəticələrini aradan qaldırmaqla yanaşı, qarşısının alınmasında birgə çalışmağın daha faydalı olduğunu diqqətə çatdırıblar.

Toplantıda FHN-in Sumqayıt Regional Mərkəzinin monitorinq qruplarının Xızı rayon Altıağac qəsəbəsi ərazisində müxtəlif vaxtlarda keçirdiyi monitorinqlərin nəticələrindən bəhs edən fotoslaydlar nümayiş olunub, problemlərdən söz açılıb.

Sonda əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılmış monitorinqlərə, həmçinin ərazidə görülməsi vacib olan təhlükəsizlik tədbirlərinə dair fikir mübadiləsi aparılıb.

Dəyirmi masada Mərkəzin əməkdaşları tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb, maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları və bukletlər paylayıblar.

 ***

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Gəncə şəhəri 10 nömrəli Körpələr evi-uşaq bağçasının kollektivi ilə "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri təşkil edib.

Toplantının keçirilməsində məqsəd müəssisənin kollektivinə müxtəlif xarakterli fövqəladə halların yaranma səbəbləri, onlardan qorunma üsulları haqqında biliklərin aşılanması olub.

Tədbirdə zəlzələ, "112" qaynar telefon xətti, dəm qazı, yanğınlar, odsöndürən balonlardan istifadə qaydaları haqqında geniş məlumat verilib, mövzulara aid fotoslaydlar, videoçarxlar nümayiş olunub.

Sonda mövzulara dair suallar cavablandırılıb.

***

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi "Azərxalça" ASC-nin Ağdam filialında "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirdə FHN-in Qarabağ Regional Mərkəzinin, Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin məsul əməkdaşları və müəssisənin kollektivi iştirak edib. Toplantının keçirilməsində məqsəd müəssisə kollektivinin baş verə biləcək fövqəladə hadisələr zamanı davranış qaydalarına dair biliklərinin daha da təkmilləşdirilməsi olub. Görüşdə "Zəlzələ", "Sel və daşqınlar", "Dəm qazı", "112 qaynar telefon xəttinə müraciət qaydaları" mövzularında çıxışlar edilib, videoçarxlar nümayiş olunub.

Görüşün sonunda kollektivi maraqlandıran suallar cavablandırılıb, maairfləndirici çap materialları paylanıb.

***

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi Salyan Dəmiryol Stansiyasında "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbir müəssisə kollektivinə fövqəladə hallar zamanı davranış qaydalarına dair biliklərin aşılanması məqsədilə təşkil edilib.

Mərkəzin əməkdaşları toplantıda təbii və texnogen mənşəli fövqəladə hadisələr, su hövzələrində insanların təhlükəsizliyi, dəm qazından zəhərlənmənin profilaktikası, "112" qaynar xətti" və sair mövzularda məruzələrlə çıxış ediblər.

Tədbirdə mövzulara dair videoçarxlar nümayiş etdirilib, suallar cavablandırılıb.

***

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Xırdalan şəhər 26 nömrəli Uşaq bağçasında "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbir fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərin artırılması, bağçalarda baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması ilə bağlı profilaktik tədbirlərin görülməsinə nail olmaq məqsədilə təşkil edilib.

Toplantıda Sumqayıt Regional Mərkəzinin, I ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları, bağçanın müəllimələri və uşaqlar iştirak ediblər.

Tədbirdə "Fövqəladə halların təsnifatı","Zəlzələ zamanı necə davranmalı?", "Sel və daşqın zamanı nə etməli?", "Məişətdə yanğın zamanı davranış qaydaları", "Odsöndürən balonlardan istifadə", "Dəm qazı", "Çimərliklərdə təhlükəsizlik qaydaları" və "112" qaynar xətti" mövzularında çıxışlar edilib, mövzulara aid videoçarxlar nümayiş olunub.

Sonda mövzulara dair suallar cavablandırılıb və maarifləndirmə xarakterli təbliğat materialları paylanılıb.



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il