ENG     25 Avqust 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
23 Avqust 2019-ci il
N 28 (626)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

FHN-in Şimal Regional Mərkəzi tərəfindən Qusar rayon Gənclər Evində dəyirmi masa keçirilib

FHN-in Şimal Regional Mərkəzi tərəfindən Qusar rayon Gənclər Evində "Fövqəladə halların baş verdiyi ərazilərdən əhalinin müvəqqəti olaraq köçürülməsi, maddi və mədəni sərvətlərin evakuasiya (təxliyə) edilməsi və digər təxirəsalınmaz tədbirlərin planlaşdırılması və həyata keçirilməsində Nazirliyin struktur bölmələri ilə Qusar rayon İcra Hakimiyyətinin birgə fəaliyyəti" mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada Nazirliyin yerli qurumlarının, Qusar Rayon İcra Hakimiyyətinin və aidiyyəti idarə və müəssisələrinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şimal Regional Mərkəzinin rəis müavini Zabil Babayev fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı informasiya mübadiləsinin həyata keçirilməsi, təxliyə tədbirlərinin təşkili, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyəti, bu sahədə görülən işlər, problemlər və həmin problemlərin həlli yolları barədə geniş məlumat verib.

Daha sonra Qusar rayonunda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində icra hakimiyyəti və özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyət planlarına əsasən vəzifələr dəqiqləşdirilib, qüvvə və vasitələrin fövqəladə hal zonasına vaxtında cəlb edilməsinin vacibliyi bir daha vurğulanıb.

Tədbirin sonunda mövzulara dair videoçarx nümayiş etdirilib, yaddaş kitabçaları və təbliğat xarakterli materiallar paylanıb.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il