ENG     25 Avqust 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
23 Avqust 2019-ci il
N 28 (626)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Tibb işçilərinə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzinin əməkdaşları ilə birgə Nəsimi rayonunda yerləşən 1 saylı Uşaq Poliklinikasında maarifləndirmə tədbiri keçirib.

Tədbirdə "Dəm qazı təhlükəsi", "Məişətdə yanğın təhlükəsizliyi", "112" qaynar xətti"nə nə vaxt zəng etməli?" ,"Odsöndürənlərdən istifadə qaydası" adlı videoçarxlar nümayiş etdirilib, səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.

Toplantıda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkən qəfəsliklərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına-hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi qeyd olunub.

Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün "Vətəndaşların nəzərinə", "Yanğın zamanı davranış qaydaları" mövzularında yaddaş vərəqələri, bukletlər paylanıb və "Səhiyyə müəssisələrinin yanğın təhlükəsizliyii" adlı yaddaş kitabçası rəhbərliyə təqdim olunub.

*****

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi Qax rayon Tasmalı kənd Xəstəxanasında "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda dəyirmi masa keçirib.

Tədbirə xəstəxananın tibb heyəti və texniki işçiləri cəlb olunub.

Əvvəlcə, Mərkəzin əməkdaşları fotoslayd və videoçarxların müşayiəti ilə "Fövqəladə hallar barədə ümumi məlumat", "Sel və daşqın", "Zəlzələ", "Dəm qazı", "Səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi qaydaları", "İlkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları" və "112" qaynar xətti" mövzularında məruzələrlə çıxış edib, sualları cavablandırıblar.

Sonra səhiyyə müəssisələrində fövqəladə hallarla bağlı mövzulara diqqətin artırılması, həmçinin müvafiq təbliğat guşələrinin yaradılmasının vacibliyi diqqətə çatdırılıb, maarifləndirici çap materialları paylanılıb.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il