ENG     25 Avqust 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
23 Avqust 2019-ci il
N 28 (626)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Mədəniyyət işçilərinə fövqəladə hallar zamanı davranış qaydaları izah edilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Yevlax rayon Mədəniyyət Mərkəzinin kollektivi ilə "Fövqəladə hallarda özünü necə aparmalı" mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirdə Mərkəzin əməkdaşları təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydaları, dəm qazı təhlükəsi və onun qarşısının alınması yolları, ilkin və təxirəsalınmaz tibbi yardım barədə danışıb, mülki müdafiə tədbirləri, fərdi mühafizə vasitələri və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları haqqında ətraflı məlumat veriblər.

Sonda mövzu ilə bağlı videoçarx və fotoslaydlar nümayiş etdirilib, tədbir iştirakçılarına yaddaş kitabçaları paylanılıb.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il