ENG     25 Avqust 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
23 Avqust 2019-ci il
N 28 (626)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyinə dair seminar-müşavirələr keçirilib

Avqustun 5-də Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsi pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Cəlilabad şəhərində seminar-müşavirə keçirib.

Tədbirdə Dövlət Aqrar İnkişaf Mərkəzinin, Meliorasiya və Suvarma Sistemləri İdarəsinin məsul əməkdaşları, pambıq əkini aparmış yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin nümayəndələri, sahibkarlar iştirak ediblər.

Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin isə avqustun 6-da Ağdaş şəhərində keçirdiyi seminar-müşavirədə pambıq əkini aparmış Ağsu və Ağdaş rayonlarının yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin nümayəndələri, sahibkarlar, aidiyyəti məsul şəxslər iştirak ediblər.

"Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri" mövzusunda keçirilən seminar-müşavirələrdə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunacaq kənd təsərrüfatı maşınlarının ilkin yanğınsöndürmə vasitələri, qığılcımsöndürənlər və süpürgələrlə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanmasına, açıq oddan istifadə edilməsinə, siqaret çəkilməsinə icazə verilməməsinin, su mənbələrinə yollar salınmasının, hovuzların yanında avtomobillərin dönə bilməsi, manevr etməsi üçün meydançaların olmasının zəruriliyi vurğulanıb.

FHN DYNX-nin Yanğına qarşı təbliğat şöbəsi




Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il