ENG     25 Avqust 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
23 Avqust 2019-ci il
N 28 (626)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

FHN Mətbuat xidmətinin məlumatı

Avqustun 4-də saat 16:29-da "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda "Sədərək" ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 25 texnikası, 120 nəfərlik şəxsi heyətdən ibarət yanğın bölmələri dərhal hadisə yerinə cəlb olunub. "2-ci çağırış"la hadisə yerinə yanğınsöndürənlərlə bərabər FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin 43 nəfər şəxsi heyəti və 7 texnikası cəlb edilib.

Yanğın nəticəsində ümumi sahəsi 1600 kv.m olan müxtəlif təyinatlı sənaye malları anbarının yanar konstruksiyaları və içərisindəki mallar 900 kv.m sahədə yanıb. Yanğından anbarın qalan hissəsi və bitişik anbarlar mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 19:43 dəqiqədə məhdudlaşdırılıb və saat 23:30-da söndürülüb.

Yanğın zamanı 16-si FHN əməkdaşı olmaqla 26 nəfər tüstüdən zəhərlənib. Onlardan 17 nəfər (12 nəfər FHN əməkdaşı, 4 nəfər polis, 1 nəfər tibb işçisi) Respublika Toksikologiya Mərkəzinə aparılıb, tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 9 nəfərə yerində ("Sədərək" ticarət mərkəzinin ərazisində) tibbi yardım göstərilib.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il