ENG     25 Avqust 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
23 Avqust 2019-ci il
N 28 (626)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Həqiqi hərbi xidmətə yeni qəbul olunmuş hərbi qulluqçuların peşəkar bacarıq və vərdişlərə yiyələnməsi diqqət mərkəzində saxlanılır

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarında təcrübəli zabitlər tərəfindən həqiqi hərbi xidmətə yeni qəbul olunmuş gizir, çavuş və MAXE-lər üçün sıra, ixtisas və ictimai-siyasi hazırlıq dərsləri keçirilir.

Hərbi qulluqçular hazırlıq məşğələlərində ictimai mövzularda maarifləndirilir, siyasi biliklərini təkmilləşdirir, ayrı-ayrı ixtisaslar üzrə dərslərdə isə ixtisasa uyğun biliklərini artırırlar.

İxtisas və qrupundan asılı olmayaraq bütün hərbi qulluqçular hərbi hissənin sıra meydanında sıra hazırlığı dərslərinə cəlb olunur, burada onlara sıra fənnləri və üsulları öyrədilir.

Döyüş hazırlığı dərsləri özündə tədris prosesinin təşkil edilməsini, şəxsi heyətin tərbiyələndirilməsini, onların hərbi-ixtisas və fiziki hazırlığının tələb olunan səviyyədə saxlanmasını və təkmilləşdirilməsini, bölmələrin, hərbi hissələrin təyinatları üzrə tapşırıqları yerinə yetirmələri üçün uzlaşmalarını əks etdirir. Döyüş hazırlığı həmçinin, hərbi hissə və bölmələrin qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasına hazır olmaları və hərbi qulluqçuların peşəkar bacarıq və vərdişlərə yiyələnməsini qarşısına məqsəd qoyur.

Tək-tək və fərdi hazırlıq isə bölmələrin uzlaşmasının gedişində zabit, gizir , çavuş və əsgərlərin vəzifə və ixtisas borclarını yerinə yetirmələri üçün biliklərinin, bacarıqlarınin, peşəkar vərdişlərinin lazımi səviyyədə saxlanmasını və təkmilləşdirilməsini nəzərdə tutur.

FHN-in Mülki müdafiə qoşunlarının

Şəxsi heyətlə iş üzrə şöbəsi



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il