ENG     21 Senyabr 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
20 Senyabr 2019-ci il
N 31 (629)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Məktəblilər FHN-in "İzotop" xüsusi kombinatının fəaliyyəti ilə tanış olublar

Fövqəladə Hallar Nazirliyinin "İzotop" xüsusi kombinatında FHN-in İctimaiyyətlə əlaqə idarəsi ilə birgə Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Etibar Şirəliyev adına 274 saylı tam orta məktəbinin bir qrup şagirdi üçün 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə "Açıq qapı" günü keçirilib.

Tədbirin keçirilməsində məqsəd məktəbin müəllim və şagird heyətini Müşfiqabad qəsəbəsinin yaxınlığında yerləşən Fövqəladə Hallar Nazirliyinin "İzotop" xüsusi kombinatının fəaliyyəti ilə tanış etmək olub.

Tədbiri giriş sözü ilə açan "İzotop" xüsusi kombinatının direktoru Fikrət Aslanov şagirdləri 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib. O, kombinatın fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verib.

"İzotop" xüsusi kombinatının Radioaktiv tullantıların toplanması, daşınması, yenidən işlənməsi, saxlanması və basdırılması mərkəzinin rəisi Cahangir Qulamov məktəblilərə rəhbərlik etdiyi mərkəz haqqında ətraflı bəhs edib. Kombinatın radiasiya təhlükəsizliyi üzrə mütəxəssisi Aytən Qəribova isə "Radiasiya nədir və ondan necə qorunmalı" və "Məktəblilər üçün yanğın təhlükəsizliyi qaydaları" barədə çıxış edib. Mövzular fotoslayd və videoçarxla müşayiət edilib.

Görüşdə çıxış edən FHN-in İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva nazirliyin fəaliyyət istiqamətləri, təbii və texnogen xarakterli fövqəladə hadisələr barədə söhbət açıb.

Məktəblilərə, eyni zamanda kombinatda istifadə olunan fərdi mühafizə vasitələri və radiasiyanı aşkar etmək üçün müvafiq dozimetrik və radiometrik cihazlar da əyani olaraq göstərilib.

Tədbirin sonunda suallar cavablandırılıb, şagirdlərə fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirici çap materialları təqdim edilib.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il