ENG     19 Senyabr 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
6 Senyabr 2019-ci il
N 30 (628)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Dövlət Yanğından Mühafizə Xidməti ilə birgə yanğın-taktiki təlim keçirib

Mayın 29-da Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi FHN-in Şimal-Qərb Regional Mərkəzinin və Qəbələ rayon DYMH-nin əməkdaşları ilə birgə Qəbələ rayonu, Duruca kənd ərazisində yerləşən "Qafqaz Tufandag Mountain Resort Hotel"də yanğın-taktiki təlim keçirib.

Təlimdə otelin yanğın təhlükəsizliyi barədə geniş söhbət aparılıb, yanğınsöndürənlər tərəfindən xilasetmə təlimi həyata keçirilib, suallar cavablandırılıb, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydası əyani şəkildə göstərilib. Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən hazırlanmış "Vətəndaşların nəzərinə", "Yanğın zamanı davranış qaydaları" mövzusunda yaddaş vərəqələri iştirakçılara paylanıb, "Mehmanxanaların yanğın təhlükəsizliyi" adlı yaddaş kitabçası otelin rəhbərliyinə təqdim edilib.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il