ENG     19 Senyabr 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
6 Senyabr 2019-ci il
N 30 (628)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Bakı Metropoliteninin "28 May" stansiyasında şərti yanğın üzrə təlim-məşq keçirilib

Dövlət Yanğın Nəzarəti Xidmətinin Bakı Metropoliteni üzrə DYN şöbəsi və Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının birgə iştirakı ilə Bakı Metropoliteninin "28 May" stansiyasının maşın zalında maili enişdə kabellərdə baş vermiş şərti yanğın hadisəsinin söndürülməsi üçün təlim-məşq keçirilib.

Şərti yanğın hadisəsinin söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin Nəsimi Rayon DYMH-nin əməkdaşları gəlib. Şərti yanğında, həmçinin, DYMX-nin Operativ Hissəsinin yanğınsöndürənləri də iştirak edib.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları gələnə qədər Metropolitenin işçiləri tərəfindən yanğının söndürülməsinə ilkin müdaxilə edilib. Yanğınsöndürənlər gəldikdən sonra yanğınsöndürmə rəhbərinə təmas xəttindən yüksək (825) Volt gərginliyin çıxarılması barədə buraxılış vərəqəsi verildikdən sonra yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il