ENG     19 Iyun 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
14 Iyun 2019-ci il
N 21 (619)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Azərbaycan rekordçusu FHN-in İdman sağlamlıq klubunun şərəfini qoruyacaq

Yüngül atletikanın üç məsafəsinə (distansiya) qaçış üzrə (60 m, 100 m, 200 m) Azərbaycan rekordçusu Həsənova Zəkiyyə Hüseyn qızı Fövqəladə Hallar Nazirliyinin İdman sağlamlıq klubuna üzv qəbul edilib.

Zəkiyyə Həsənova 2017-ci ildə Azərbaycanda keçirilən "İslam Oyunları"nda iştirak edərək 100 m və 200 m məsafədə (1956-cı il rekordu) Respublika rekordçusu adına layiq görülüb. İdmançımız ötən il 18 ölkənin qatıldığı Lixtenşteynin Şan şəhərində keçirilmiş "Kiçik dövlətlər arasında Avropa çempionatı"nda 100 m məsafəni 11.61 saniyəyə qaçaraq gümüş medalın və 200 m məsafəni isə 23.56 saniyəyə qaçaraq qızıl medalın sahibi olub.

Bundan əlavə, Zəkiyyə Həsənova 2019-cu ildə Türkiyənin İstanbul şəhərində keçirilmiş "Balkan çempionatında" 60 m məsafəni 7,37 saniyəyə qaçaraq yeni Azərbaycan rekorduna imza atıb. Eyni vaxtda yüngül atletika üzrə İstanbulda keçirilən digər bir yarışa qatılan rekrodçumuz 60 m məsafəni 7,45 saniyə nəticə ilə başa vuraraq bürünc medal qazanıb.

Hazırda idmançımız 7-8 iyun tarixlərində keçiriləcək Azərbaycan çempionatına, daha sonra isə İtaliyada keçiriləcək Universiadaya böyük həvəslə hazırlaşır.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il