ENG     17 Iyun 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
14 Iyun 2019-ci il
N 21 (619)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Maarifləndirmə tədbirləri davam etdirilir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti FHN-in Bakı Regional Mərkəzi ilə birgə Səbail rayonu, Əhməd Cavad küçəsi 9-da yerləşən Bül-bül adına orta ixtisas məktəbində maarifləndirmə tədbiri keçirib.

Tədbirdə "Dəm qazı təhlükəsi", "Məişətdə yanğın təhlükəsizliyi", "112" qaynar xəttinə nə vaxt zəng etməli" "Odsöndürənlərdən istifadə qaydası" adlı slaydlar təqdim edilərək yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib, ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi (təxliyə) planlarının və hər bir sinif otağı üçün yanğın təhlükəsizliyi qaydalarına aid yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılması, pilləkən qəfəsliklərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına (hovuzlar, kəmərlər, çənlər, hidrantlar) qayğı ilə yanaşılmasının vacibliyi qeyd olunub.

Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün "Vətəndaşların nəzərinə", "Yanğın zamanı davranış qaydaları" mövzularında yaddaş vərəqələri, bukletlər tədbir iştirakçılarına paylanıb.

***

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Göygöl rayonu Çaykənd kənd S. Əliyev adına tam orta məktəbinin kollektivi ilə  "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri təşkil edib.

Tədbirdə Gəncə Regional Mərkəzinin əməkdaşları və məktəbin müəllim, şagird kollektivi iştirak edib.

Toplantının keçirilməsində məqsəd məktəbin kollektivinə müxtəlif xarakterli fövqəladə halların yaranma səbəbləri, onlardan qorunma üsulları haqqında biliklərin aşılanması olub.

Tədbirdə zəlzələ, "112" qaynar telefon xətti, dəm qazı, yanğınlar, odsöndürən balonlardan istifadə qaydaları haqqında geniş məlumat verilib, mövzulara aid slaydlar, videoçarxlar nümayiş olunub.

***

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Ucar rayon Qarabörk kənd tam orta məktəbinin müəllim və şagirdləri ilə "Fövqəladə hallarda özünü necə aparmalı" mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirdə Mərkəzin əməkdaşları təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydaları, dəm qazı təhlükəsi və onun qarşısının alınması yolları, ilkin və təxirəsalınmaz tibbi yardım barədə danışıb, mülki müdafiə tədbirləri, fərdi mühafizə vasitələri və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları haqqında ətraflı məlumat verilib.

Tədbirdə çıxış edənlər "Fövqəladə halların təsnifatı", "Zəlzələ zamanı nə etməli", "Məişətdə yanğın zamanı davranış qaydaları", "Dəm qazı təhlükəsi", "Sel və daşqınlar zamanı davranış qaydaları" və "112" qaynar telefon xətti" mövzularında çıxışlar dinlənilib.

Sonda mövzu ilə bağlı videoçarx və fotoslaydlar nümayiş etdirilib, tədbir iştirakçılarına yaddaş kitabçaları paylanılıb.

***

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi Hacıqabul rayonu 2 saylı tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirib.

Şagirdlərin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə nail olmaq məqsədi daşıyan tədbirdə Mərkəzin əməkdaşları fövqəladə hal anlayışı, təbii fəlakətlər, sel, daşqın, zəlzələ, yanğın təhlükəsizliyi, meşə yanğınları, su hövzələrində insanların təhlükəsizliyi, dəm qazından zəhərlənmənin profilaktikası, "112" qaynar xətti və sair mövzularda geniş məlumat verib, mövzulara aid videoçarxlar nümayiş olunub.

***

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Qusar rayonu Cibir kənd tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbir zamanı məktəbin müəllim və şagird heyətinə müxtəlif xarakterli təbii və texnogen fövqəladə halların yaranma səbəbləri, elektrik təsərrüfatında yanğın təhlükəsizliyi, məişətdə qazdan təhlükəsiz istifadə qaydaları, zəlzələ, sel və daşqın zamanı hərəkət qaydaları kimi mövzularda ətraflı məlumat verilib.

Toplantıda məişətdə yanğın, dəm qazı, torpaq sürüşməsi zamanı təhlükəsiz davranış qaydaları, odsöndürücü balonlardan istifadə üsulları və fövqəladə hadisələrin vaxtında aradan qaldırılmasında "112" qaynar xətti"nin roluna dair məruzələr edilib.

***

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Bərdə rayonu Nazırlı kənd 1 nömrəli tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirdə "Zəlzələ", "Sel və daşqınlar", "Dəm qazı", "112 Qaynar xəttinə müraciət qaydaları", "Odsöndürən vasitələrdən istifadə qaydaları" mövzuları haqqında məlumatlar verilib, mövzulara aid videoçarxlar nümayiş etdirilib. Sonda kollektivi maraqlandıran suallar cavablandırılaraq, maarifləndirici çap materialları paylanıb.

Görüşdə Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları, rayon Təhsil şöbəsinin nümayəndələri və məktəbin müəllim-şagird kontingenti iştirak edib.



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il