ENG     17 Iyun 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
14 Iyun 2019-ci il
N 21 (619)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Siyəzən rayonunun ərazi mülki müdafiə qüvvələri xəbərdarlıq-toplanış məşqində iştirak ediblər

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Siyəzən rayonunun ərazi mülki müdafiə qüvvələrinin iştirakı ilə xəbərdarlıq-toplanış məşqi keçirilib.

Tədbirdə Mərkəzin şöbələri, rayon İcra Hakimiyyətinin əməkdaşı, Siyəzən rayon Gigiyena və Epidemiologiya Mərkəzi, Siyəzən Mərkəzi rayon poliklinikası, Siyəzən rayon Elektrik Şəbəkəsi, Xaçmaz regional Qaz İstismar idarəsinin Siyəzən rayon Qaz istismar sahəsi, 1 saylı Regional Su-kanal idarəsinin Siyəzən rayon Su-kanal sahəsi, Siyəzən rayon Suvarma Sistemləri idarəsi, Siyəzən rayon Baytarlıq idarəsi, Siyəzən rayon Kommunal Müəssisələri Kombinatı, Siyəzən regional Diaqnostika Mərkəzi, "Siyəzənneft" Neft Qaz Çıxarma idarəsi, Siyəzən Magistral Qaz Kəmərləri sahəsi, 3 saylı Texnoloji Nəqliyyat Departamentinin Siyəzən rayon sahəsi, "2 ?-li Yol İstismarı" MMC, "10 ?-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC, Şabran regional Meşə Təsərrüfatı Mərkəzinin Siyəzən rayon üzrə meşəbəyliyi, Siyəzən rayon Telekommunikasiya Qovşağı və Siyəzən rayon Mənzil İstismar sahəsinin mülki müdafiə qərargah rəisləri və ərazi mülki müdafiə qüvvələrinin şəxsi heyəti iştirak edib.

Məşqdə ərazi mülki müdafiə dəstəsinin fərdi mühafizə vasitələri, xilasetmə və qəza-bərpa işlərinin yerinə yetirilməsi üçün ayrılmış mühəndis texnika və avadanlıqlarının vəziyyətinə baxış keçirilib.

MMQ rəisləri məşqin ümumi gedişi barədə cəlb edilmiş qüvvə və vasitələr haqqında ətraflı məlumat verib. Ərazi mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti xəbərdarlıq toplanışı üzrə məşq zamanı fəaliyyətləri haqqında məruzə ediblər.

Sonda şəxsi heyətə fövqəladə hal zamanı öz funksional vəzifələrini bir daha dəqiqləşdirmək, müəyyən olunmuş nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il