ENG     20 Avqust 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
9 Avqust 2019-ci il
N 27 (625)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Tədris-metodiki toplantıda çimərlik mövsümünə hazırlıq işlərinin təşkili haqqında ətraflı məlumat verilib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində çimərlik mövsümünə hazırlıqla əlaqədar olaraq tədris-metodiki toplantı keçirilib.

Toplantıda xidmətin rəhbərliyi, aparatın şəxsi heyəti, dalğıc-axtarış qrupları və sularda xilasetmə məntəqələrinin, eləcə də region şöbələrin məsul şəxsləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Xidmətin rəisi daxili xidmət general-mayoru Rüfət Fəradov 2018-ci il ərzində su obyektlərində baş vermiş suda boğulma hadisələri və onların nəticələrinin aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib. Eyni zamanda xidmətin fəaliyyət istiqamətlərini tənzimləyən hüquqi normativ sənədlərinin hazırlanaraq təsdiq olunmasi üçün aidiyyəti üzrə göndərildiyini və artıq "Kiçikhəcmli gəmiləri idarə etmək üçün sürücülük vəsiqələrinin verilməsi Qaydası"nın təsdiq olunduğunu bildirib. Həmçinin, su hövzələrində axtarış-xilasetmə tədbirləri, dalğıc işləri və insanların sularda təhlükəsizliyinin təmin olunması sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə, nazirlik tərəfindən xidmətin ştat cədvəlinə yeni əlavə olunmuş "Şüvəlan", "Astara" sularda xilasetmə məntəqələri və "Şəmkir" dalğıc axtarış qrupunun çimərlik mövsümünə qədər təşkili üçün həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

Daha sonra xidmətin struktur bölmələrinin əməkdaşları 2019-cu il üçün çimərlik mövsümünə hazırlıq işlərinin təşkili, suda bədbəxt hadisələrin qarşısının alınması ilə bağlı əhali arasında maarifləndirmə işinin aparılması, çimərliklərdə təhlükəsizlik qaydaları, xilasetmə avadanlıqlarından istifadə zamanı texniki təhlükəsizlik qaydaları haqqında hesabat xarakterli çıxışlar ediblər.

Sonda xidmət rəisi insanların sularda təhlükəsizliyi və axtarış-xilasetmə tədbirlərinin daha da səmərəli təşkil olunması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib. 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il