ENG     19 Iyun 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
14 Iyun 2019-ci il
N 21 (619)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

"Təhlükəli yüklərin, o cümlədən radioaktiv materialların daşınması zamanı təhlükəsizliyin təmin olunması" mövzusunda seminar-müşavirə keçirilib

Mayın 29-da Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi (NRFTDA), Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi (SİTGDMNDA) və "İzotop" xüsusi kombinatının birgə təşkilatçılığı və daşıma fəaliyyəti ilə məşğul olan təşkilatların iştirakı ilə "Təhlükəli yüklərin, o cümlədən radioaktiv materialların daşınması zamanı təhlükəsizliyin təmin olunması" mövzusunda seminar-müşavirə keçirilib.

Müşavirəni giriş sözü ilə açan SİTGDMNDA-nın rəis müavini Piri Quluzadə qeyd edib ki, seminarın keçirilməsində məqsəd təhlükəli yüklərin hava, dəniz, avtomobil və dəmir yolu ilə daşınması zamanı təhlükəsizliyin norma və qaydalarının izah edilməsi, mövcud olan sualların araşdırılması və problemlərin həlli yollarının birgə tapılmasıdr. Natiq vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilən uğurlu iqtisadi islahatlar çərçivəsində nəqliyyat sisteminin inkişafı sayəsində Azərbaycan iri tranzit və logistik mərkəzə çevrilməkdədir. Bunun nəticəsində yüklərin, xüsusilə təhlükəli yüklərin daşınmasında norma və qaydalara ciddi əməl etmək vacibdir.

Daha sonra çıxış edən Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Hüsniyyə Babayeva tədbirin əhəmiyyətindən danışıb. Qeyd edib ki, məhz ölkəmiz Avropa və Asiyanın kəsişməsində yerləşərək hər iki qitənin əlaqələndirilməsini təmin edir. O, bildirib ki, infrastruktur layihələrə böyük əhəmiyyət verildiyindən mühüm nəqliyyat qovşağı olan ölkəmizin ərazisində təhlükəli yüklərin nəql edilməsinə Fövqəladə Hallar Nazirliyi tərəfindən ciddi nəzarət olunur.

NRFTDA-nın rəisi Vüqar Hüseynov çıxışında bildirib ki, Azərbaycan dinamik inkişaf etmiş və iqtisadi cəhətdən regionun lider ölkəsidir. Ölkəmiz hava, dəmir yolu, dəniz və avtomobil yollarının kəsişməsində yerləşir. Və bunun nəticəsində daşınan yüklərin təhlükəsizliyinin təmin edilməsi cox vacibdir. Onun sözlərinə görə, radioaktiv, nüvə materialların daşınması cox mühüm məsələdir və Azərbaycan da bununla bağlı üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirir.

FHN-in "İzotop" xüsusi kombinatının direktoru Fikrət Aslanov çıxışında vurğulayıb ki, təhlükəli yüklərin nəql edilməsi və təhlükəsizliyinin təmin olunması çox vacib məsələdir. Natiq qeyd edib ki, yüklərin qablaşdırılması, sertifikatlaşdırılması, müvəqqəti saxlanılması zamanı təhlükəsizlik qaydalarına ciddi yanaşmaq lazımdır. Normativlərin pozulması böyük fəsadlara səbəb ola bilər.

Daha sonra çıxış edənlər mövzunun detalları barədə ətraflı məlumat veriblər. Tədbirdə səsləndirilən suallar cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il