ENG     17 Iyun 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
14 Iyun 2019-ci il
N 21 (619)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

FHN-in İctimaiyyətlə əlaqə idarəsi Nardaran qəsəbəsində tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi mayın 29-da Bakı şəhəri Nardaran qəsəbəsi 295 nömrəli tam orta məktəbində "Fövqəladə hallar zamanı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru, Milli Məclisin deputatı Dilarə Cəbrayılova fövqəladə hadisələr zamanı davranış qaydalarına dair biliklərin öyrənilməsinin əhəmiyyətindən danışıb.

Görüşdə çıxış edən FHN-in İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva Nazirliyin fəaliyyət istiqamətləri, təbii və texnogen xarakterli fövqəladə hadisələr barədə məlumat verib.

Tədbirdə İdarənin əməkdaşları "Zəlzələ", "Məişətdə yanğın", "Meşədə yanğın", "Odsöndürən balonlardan istifadə qaydaları" və "Çimərlikdə təhlükəsizlik qaydaları" mövzusunda çıxış edib, sualları cavablandırıblar.

Sonda məktəbə fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirici çap materialları təqdim edilib.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il