ENG     19 Iyun 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
14 Iyun 2019-ci il
N 21 (619)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi (İNSARAG) taktiki-xüsusi təlim keçirib

22-23 may tarixlərində Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin (İNSARAG) şəxsi heyətinin iştirakı ilə paytaxtın Türkan və Nardaran qəsəbələrinin ərazisində taktiki-xüsusi təlim keçirilib. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qurumlarının struktur bölmələrinin şəxsi heyətinin və texnikasının da cəlb olunduğu təlimin qiymətləndirilməsini Türkiyə Respublikasından olan ekspertlər qrupu həyata keçirib.

"Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin (İNSARAG) təbii fəlakət nəticəsində zərərçəkmiş ölkəyə beynəlxalq yardımın göstərilməsində iştirakı zamanı fəaliyyətin təşkili" mövzusunda keçirilən təlimin məqsədi Dəstənin şəxsi heyətinin İNSARAG qaydalarına uyğun fəaliyyət sahəsində maarifləndirilməsi və təlimatlandırılmasını təşkil etmək olub. Bundan əlavə Dəstənin idarə heyətinin beynəlxalq axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi zamanı idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili sahəsində bilik və bacarıqlarının artırılması da qarşıya qoyulan əsas məqsədlərdən olub.

Əvvəlcə Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə Nazirliyin Mülki Müdafiə Qoşunlarında təlimə hazırlıq məqsədilə toplantı keçirilib. Tədbirdə Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) Baş əməliyyat departamentinin rəisi Əbdülkadir Tezcan və təlimin Qiymətləndirmə qrupunun türkiyəli üzvləri də iştirak ediblər. AFAD rəsmisi Ə.Tezcan Beynəlxalq Axtarış-Xilasetmə üzrə Məşvərətçi Qrupu tərkibində iki qardaş ölkənin müvafiq qurumlarının mövcud birgə əməkdaşlığının əhəmiyyətindən danışıb.

Təlimin rəhbəri, FHN-in Baş əməliyyat idarəsinin rəis müavini polkovnik-leytenant Ələsgər Əliyev təlimlə bağlı ümumi məlumat verərək bildirib ki, iki gün davam edəcək Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin taktiki-xüsusi təlimi gecə və gündüz saatlarında reallaşdırılacaq. Sonda təlimin rəhbəri şəxsi heyətə müvafiq tapşırıqlar verib.

Türkiyəli ekspertlər isə təlimin beynəlxalq axtarış-xilasetmə formatına uyğun keçirilməsi üçün müvafiq tövsiyyələrini veriblər.

Sonra toplantıda təlimin gedişində şəxsi heyətin nəzəri biliklərinin artırılması məqsədi ilə təqdimatlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Daha sonra təlimə start verilib. Bakı şəhərinin Türkan və Nardaran qəsəbələrinin ərazisində, müxtəlif təbii şəraitdə reallaşdırılan təlim zamanı Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şərti olaraq yardım üçün müraciət etmiş ölkəyə beynəlxalq axtarış-xilasetmə tədbirlərində iştirak etmək məqsədilə göndərilməsi məqsədilə hazırlıq vəziyyətinə gətirilməsi, hadisə yerindəki mövcud vəziyyətin qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili, dağıntılar altından zərərçəkənlərin xilas edilməsi üzrə tədbirlər həyata keçirilib. Eləcə də gecə və gündüz saatlarında beynəlxalq humanitar əməliyyatlar zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunması, həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanması da diqqət mərkəzində olub. Təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub. FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin taktiki-xüsusi təlimi Qiymətləndirmə qrupunun türkiyəli ekspertləri tərəfindən yaxından izlənilib.

 

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il