ENG     20 Avqust 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
9 Avqust 2019-ci il
N 27 (625)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Fövqəladə hadisələrin qarşısının alınması məqsədilə lazımi qabaqlayıcı tədbirlərin görülməsi daim nəzarətdə saxlanılmalıdır

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti təbliğat xarakterli növbəti maarifləndirmə tədbirini Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətində keçirib.

Tədbirdə Sərhəd Nəzarətinin yanğın təhlükəsizliyi ilə bağlı görülən işlərindən danışılaraq qarşılıqlı əməkdaşlıq şəraitində yanğından mühafizənin təmin edilməsi, fövqəladə hadisələrin qarşısının alınması məqsədilə lazımi qabaqlayıcı tədbirlərin görülməsinin daim nəzarətdə saxlanılması, ştatlı və ştatdankənar yanğınsöndürmə dəstələrinin fəaliyyətinin vacibliyi vurğulanıb. Elektrik və qaz təsərrüfatından istifadə zamanı qüvvədə olan normativ sənədlərin tələblərinə riayət olunmasından, yanğınların söndürülməsində mühüm rol oynayan su mənbələrinin vəziyyətindən, şəxsi heyətin fövqəladə hallar zamanı davranış qaydalarından, həyata keçirilməsi zəruri olan təhlükəsizlik tədbirlərindən bəhs edilib, suallar cavablandırılıb.

Xidmət tərəfindən hazırlanmış "Vətəndaşların nəzərinə", "Yanğın zamanı davranış qaydaları" mövzusunda yaddaş vərəqələri tədbir iştirakçılarına paylanıb və "İnzibati binaların yanğın təhlükəsizliyi" adlı yaddaş kitabçası rəhbərliyə verilib.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il