ENG     20 Avqust 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
9 Avqust 2019-ci il
N 27 (625)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Mülki müdafiə kurslarında dinləyicilərə əhalinin baş verə biləcək fövqəladə hadisələrdən mühafizəsi üsulları və davranış qaydaları haqqında ətraflı məlumat verilib

Fövqəladə Hallar Nazirliyininn Cənub Regional Mərkəzində "2019-cu il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planı"na əsasən "Rabitə manqalarının komandirləri" kateqoriyası üzrə mülki müdafiə kursu təşkil edilib.

Kursda iştirak edən dinləyicilərə əhalinin baş verə biləcək fövqəladə hadisələrdən mühafizəsi üsulları və davranış qaydaları, idarəetmə orqanlarının fəaliyyəti və əhalinin mühafizəsi sahəsindəki roluna dair məşğələlər keçirilib.

Məşğələlərdə, həmçinin, ilk tibbi yardımın göstərilməsi, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, rabitə manqa komandirlərinin mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi, habelə təsdiq olunmuş proqram əsasında mülki müdafiə və fövqəladə hadisələrdən mühafizə sahəsində vəzifələrin yerinə yetirilməsi ilə bağlı məlumatlar verilib.

Kursların sonunda proqramı müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə müvafiq şəhadətnamələr təqdim edilib.

***

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzində "2019-cu il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planı"na əsasən, "Yanğınsöndürmə manqa komandirləri" kateqoriyası üzrə mülki müdafiə kurslarında idarə, müəssisə və təşkilatlarda yaradılmış yanğınsöndürmə manqalarının komandirləri iştirak ediblər.

Toplantıda müəssisədə baş vermiş və ya baş verə biləcək fövqəladə hadisələrdən mühafizə üsulları, yanğın hadisəsi zamanı davranış qaydaları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı məlumatlar verilib.

Sonda proqramı müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə müvafiq şəhadətnamələr təqdim olunub.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il