ENG     20 Avqust 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
9 Avqust 2019-ci il
N 27 (625)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Maarifləndirmə tədbirləri davam etdirilir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzi və 2-ci ərazi DYNİ-nin əməkdaşları ilə birgə Nəsimi rayonundakı İlyas Əfəndiyev adına Elitar gimnaziyada maarifləndirmə tədbiri keçirib.

Tədbirdə "Yanğın təhlükəsizliyi qaydalarına riayət edin", "Dəm qazı təhlükəsi", "Məişətdə yanğın təhlükəsizliyi", "112 qaynar xəttinə nə vaxt zəng etməli" adlı video-çarxlar nümayiş etdirilərək yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib, ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi (təxliyə) planlarının və hər bir sinif otağı üçün yanğın təhlükəsizliyi qaydalarına aid yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılması, pilləkən qəfəsliklərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına (hovuzlar, kəmərlər, çənlər, hidrantlar) qayğı ilə yanaşılmasının vacibliyi qeyd olunub.

Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün "Vətəndaşların nəzərinə", "Yanğın zamanı davranış qaydaları" mövzularında yaddaş vərəqələri, bukletlər paylanıb.

***

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Gədəbəy rayonu R. İsmayılov adına 2 nömrəli kənd tam orta məktəbinin kollektivi ilə "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri təşkil edib.

Tədbirdə Gəncə Regional Mərkəzinin əməkdaşları və məktəbin müəllim-şagird kollektivi iştirak edib.

Toplantının keçirilməsində məqsəd məktəbin kollektivinə müxtəlif xarakterli fövqəladə halların yaranma səbəbləri, onlardan qorunma üsulları haqqında biliklərin aşılanması olub.

Tədbirdə zəlzələ, "112" qaynar telefon xətti, dəm qazı, yanğınlar, odsöndürən balonlardan istifadə qaydaları haqqında geniş məlumat verilib, mövzulara aid slaydlar, videoçarxlar nümayiş olunub.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il