ENG     20 Avqust 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
9 Avqust 2019-ci il
N 27 (625)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının milli qürurudur

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə "Heydər Əliyev məktəbinin lektoriyası"nın növbəti məşğələsi keçirilib.

Lektoriyanın qonağı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı olub.

Əvvəlcə, tədbir iştirakçıları Akademiyanın həyətində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyaraq dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.

Akademiyanın akt zalında keçirilən tədbirdə Dövlət himninin səslənməsindən sonra ümummilli lider Heydər Əliyev haqqında sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Baba Salayev Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışaraq bildirib ki, xalqımızın böyük oğlu Heydər Əliyevin fəaliyyət dövrü Azərbaycan tarixinin qızıl səhifələridir. Onun əməlləri, bütün fəaliyyəti bir istiqamətə yönəlib: Azərbaycana xidmət etmək. Akademiyanın rəisi qeyd edib ki, Ümummilli Lider adını xalqa xidmət yolunda gördüyü əvəzsiz işlərlə Azərbaycan tarixinə ən böyük azərbaycanlı kimi həkk etdirib.

Toplantıda çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı müstəqil dövlətimizin banisi Heydər Əliyevin tarixi xidmətlərindən danışaraq bildirib ki, Ulu Öndər bütün həyatını və fəaliyyətini xalqımıza, onun tərəqqisinə və xoşbəxtliyinə həsr edib. O, Ümummilli Liderin zəngin dövlət idarəçiliyi təcrübəsinin, siyasi irsinin əhəmiyyətindən bəhs edərək dünya şöhrətli dahi rəhbərin ideyalarının əbədi yaşayacağını bildirib.

***

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə "Heydər Əliyev məktəbinin lektoriyası"nın növbəti məşğələsi keçirilib. Lektoriyanın qonağı Azərbaycan "Alyans" Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Şamil Süleymanov olub.

Tədbiri giriş sözü ilə açan Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Baba Salayev Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışıb. Akademiyanın rəisi ümummilli lider Heydər Əliyevin ordu quruculuğuna verdiyi böyük töhfələrdən söz açıb, xalqımızın təhlükəsizliyinin hərtərəfli təmin olunması istiqamətində gördüyü işlərin əhəmiyyətindən danışıb.

Azərbaycan "Alyans" Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Şamil Süleymanov ulu öndər Heydər Əliyevin şərəfli ömür yolundan danışaraq, Onun Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətləri barədə geniş məlumat verərək xatirələrini bölüşüb.

Ş.Süleymanov müəllifi olduğu kitabları Akademiyaya hədiyyə edib.

Akademiyanın rəisi general-mayor Baba Salayev də öz növbəsində Şamil Süleymanova təhsil ocağı adından xatirə hədiyyəsi təqdim edib.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il