ENG     20 Avqust 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
9 Avqust 2019-ci il
N 27 (625)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Heydər Əliyev adına Neft Emalı Zavodunun Modernizasiya-Layihələndirmə ofis binasında "Yanan polimerlərlə birgə quraşdırılmış metal konstruksiyalı binalarda yanğınların söndürülməsi" mövzusunda yanğın-taktiki təlim keçirib.

Taktiki təlimin keçirilməsində məqsəd Heydər Əliyev adına Neft Emalı Zavodunun Modernizasiya-Layihələndirmə ofis binasında yanğın baş verdikdə texniki heyətin hərəkətlərini, obyekt rəhbərliyinin fəaliyyətini, yanğın zamanı birinci və sonrakı yanğınsöndürmə rəhbəri tərəfindən yanğın yerində kəşfiyyatın aparılmasını, döyüş hərəkətlərinin həlledici istiqamətlərə yönəldilməsini, döyüş əməliyyatlarının aparılması zamanı texniki təhlükəsizlik qaydalarına riayət etmələrini, yanğının söndürülməsinə cəlb olunan şəxsi heyətin ekstremal şəraitlərdə döyüş hərəkətlərinin aparılması qaydalarını, xidmətdə olan işçi heyətin yanğın zamanı ilkin hərəkətlərini məşq etdirmək olub.

"Yanğından mühafizə xidmətində rəis heyətinin taktiki hazırlığı üzrə Təlimat"ın tələblərinə uyğun olaraq təlimdən əvvəl 3 əsas korpusdan ibarət ofis binasının yerləşdiyi ərazinin əməliyyat-taktiki xüsusiyyətləri, mövcud rabitə vasitələri, su təchizatı öyrənilib.

Təlimə cəlb olunmuş yanğın avtomobillərinin texniki silahlarla komplektləşdirilməsi, onların sazlığı və istismar zamanı etibarlılığı yoxlanıldıqdan, zəruri olan digər hazırlıq işləri görüldükdən sonra yanğın taktiki təlimə start verilib və şərti yanğının söndürülməsi üçün müəyyənləşdirilmiş plan üzrə Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilib.

Sonda yanğın-taktiki təlim yekunlaşdırılaraq əməkdaşların yanğının söndürülməsi zamanı fəaliyyəti müzakirə olunub. Yanğından mühafizə hissələrinin yanğın-taktiki təlimdə hərəkətləri təhlil edilərək əldə edilmiş müsbət təcrübənin tətbiq olunması, mövcud nöqsanların aradan qaldırılması, həmçinin döyüş hərəkətlərinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

FHN-in Dövlət Yanğından

Mühafizə Xidmətinin İctimaiyyətlə

əlaqələr və təbliğat sektoru



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il