ENG     27 May 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
24 May 2019-ci il
N 19 (617)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Mülki müdafiə qoşunlarında silsilə tədbirlər keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının bütün hərbi hissələrində ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı, Böyük Vətən müharibəsində tarixi Qələbənin 74-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.

Mülki müdafiə qoşunlarının "N" saylı hərbi hissəsində Bakı şəhər Mədəniyyət Baş idarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdən öncə iştirakçılar ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

Sonra tədbirdə çıxış edən natiqlər ulu öndər Heydər Əliyevin Azərbaycan naminə göstərdiyi misilsiz xidmətlərdən bəhs edib, Böyük Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi şücaətdən, xalqımızın qəhrəmanlıqlarla dolu tarixindən söz açıblar. Qeyd olunub ki, Ümummilli Liderin doğum günü artıq neçə illərdir ki, xalqımız tərəfindən əziz gün kimi qeyd edilir. Müstəqil Azərbaycan Respublikası Ulu Öndərin bəxş etdiyi tərəqqi yolunda inamla irəliləyir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda yeni-yeni nailiyyətlər əldə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirir, milli inkişaf strategiyasını məharətlə həyata keçirir.

Tədbirin bədii hissəsində respublikanın tanınmış sənətçiləri konsert proqramı ilə çıxış edib, şəxsi heyətdə böyük coşqu, sevinc və bayram əhval-ruhiyyəsi yaradıblar.

FHN-in Mülki müdafiə qoşunlarının

Şəxsi heyətlə iş üzrə şöbəsi



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il