ENG     20 Avqust 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
9 Avqust 2019-ci il
N 27 (625)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

FHN işçilərinin Həmkarlar İttifaqı 9 May - Qələbə Günü münasibətilə əsgərlərlə görüşub

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirib. Belə ki, İttifaq 9 May - Qələbə Günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Bərdə rayonunda və Müdafiə Nazirliyinin Ağdam rayonunda yerləşən N saylı hərbi hissələrində əsgərlərlə görüşlər təşkil edib.

Tədbirlərdə ilk olaraq, Dövlət himni səsləndirilib. Daha sonra FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək II Dünya müharibəsində faşizm üzərində qələbənin əldə edilməsində Azərbaycan xalqının rolundan geniş bəhs edib. Natiq qeyd edib ki, Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də müharibənin əvvəlindən axırınadək fəal iştirak edib. Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edilib. Böyük Vətən mübaribəsi illərində faşizmə qarşı mərdliklə döyüşən Azərbaycan oğulları və qızları öz hünərləri ilə əbədi qəhrəmanlıq dastanı yaradıblar. Bu yolda çoxları fədakarlıqları, ölümləri ilə ölümsüzlüyə, əbədiyyətə qovuşublar.

M.İsmayılov, həmçinin, bildirib ki, Böyük Vətən müharibəsi iştirakçılarına böyük diqqət və qayğının göstərilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Müdrik dövlət xadimi Heydər Əliyevin 1994-cü il iyunun 28-də imzaladığı "Veteranlar haqqında" Qanunda bu diqqət və qayğının hüquqi əsasları müəyyənləşdirilib. Məhz Ümummilli Liderin xalqın təkidli tələbi ilə Azərbaycana rəhbərliyə qayıtması ilə veteranlar təşkilatının fəaliyyəti bərpa olunub, 9 May - Qələbə Günü yenidən dövlət bayramları sırasına daxil edilib, müharibə iştirakçılarının və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılıb.

Natiq vurğulayıb ki, bu gün veteranlara qayğı siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Veteranlara dövlət qayğısı yeni səviyyəyə qaldırılıb, müharibə veteranları Prezident təqaüdünə layiq görülüb.

Mehman İsmayılov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun maddi-texniki bazası ən müasir hazırlıq səviyyəsinə qaldırılıb. 2016-cı ilin aprel döyüşlərindəki ordumuzun uğurları bunu bir daha təsdiq edir.

Sonra tədbirlərdə çıxış edən hərbi hissələrin rəhbərləri FHN işçilərinin Həmkarlar İttifaqına öz təşəkkürlər bildirib və belə görüşlərin əsgərlərin xidməti əhval-ruhiyyəsinə müsbət təsir etdiyini qeyd ediblər.

Görüşlərin sonunda FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən əsgər və zabitlərə bayram sovqatı və xatirə hədiyyələri təqdim olunub.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il