ENG     17 Iyul 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
12 Iyul 2019-ci il
N 25 (623)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti "Yanğın təhlükəsizliyi ayı" keçirir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 2019-cu il fevral ayının 1-dən mart ayının 1-dək "Yanğın təhlükəsizliyi ayı" keçirir.

"Yanğın təhlükəsizliyi ayı" ərzində Xidmətin ərazi və regional Dövlət Yanğın Nəzarəti idarələrinin şəxsi heyəti tərəfindən təyinatından asılı olmayaraq insanların kütləvi toplaşdığı obyektlərdə və yaşayış yerlərində vətəndaşların yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsi, yanğına qarşı su təchizatının istifadəyə yararlı, təxliyə yollarının isə qaydalara uyğun olaraq saxlanmasına xüsusi diqqətin yetirilməsi nəzərdə tutulur. Həmçinin baş verə biləcək yanğın yerinə yanğın avtomobillərinin vaxtında, eləcə də sərbəst şəkildə yaxınlaşmasına maneçilik törədən dirəklərin basdırılması və ya beton plitələrin düzülməsi ilə yolların hərəkət hissəsinin tam və ya qismən bağlanması hallarının aradan qaldırılması üçün FHN-in Dövlət Yanğından Mühafizə Xidməti ilə birgə müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il