ENG     21 Avqust 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
9 Avqust 2019-ci il
N 27 (625)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Maarifləndirmə tədbirləri davam etdirilir

FHN Bakı Regional Mərkəzi Binəqədi rayonundakı 248 nömrəli orta məktəbdə "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda növbəti maarifləndirmə tədbiri keçirib.

Tədbirin işində Bakı Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə dövlət xidmətlərinin əməkdaşları iştirak ediblər.

Tədbirdə "Fövqəladə halların təsnifatı", "Zəlzələ zamanı davranış qaydaları", "Torpaq sürüşməsi zamanı davranış qaydaları", "Məişətdə yanğın zamanı davranış qaydaları", "Dəm qazı", "Odsöndürən balonlardan istifadə", "112 qaynar xətti", "Çimərliklərdə təhlükəsizlik qaydaları" mövzularında çıxışlar edilib, mövzulara aid videoçarxlar nümayiş olunub.

***

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən Oğuz şəhər 1 saylı tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Toplantıda dinləyicilərə Mərkəz əməkdaşları tərəfindən "Zəlzələ", "Dəm qazı", "Məişətdə yanğın zamanı davranış qaydaları", "Odsöndürücü balondan istifadə qaydaları", "Sel və daşqın", "Torpaq sürüşməsi", "Nəqliyyat qəzaları" və "112" qaynar xətti" haqqında geniş məlumatlar verilib, suallar cavablandırılıb.

***

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Tərtər rayon Qarağacı kənd tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirib.

Görüşdə FHN-in Qarabağ Regional Mərkəzinin, Tərtər rayon DYMH-nin, Təhsil şöbəsinin əməkdaşları və məktəbin kollektivi iştirak edib.

Toplantıda təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydalarına dair məruzələr edilib, dəm qazı təhlükəsi və onun qarşısının alınması yolları, eyni zamanda "112" qaynar xətti" haqqında məlumat verilib, mövzularla bağlı fotoslaydlar nümayiş olunub.

Daha sonra təhsil müəssisələrinin təxliyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılıb.

Sonda videoçarx nümayiş olunub, maarifləndirici yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılıb.

***

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Qusar rayon Bədirqala kənd ümumi orta məktəbində "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbir zamanı məktəbin müəllim və şagirdlərinə müxtəlif xarakterli təbii və texnogen xarakterli fövqəladə halların yaranma səbəbləri, elektrik təsərrüfatında yanğın təhlükəsizliyi, məişətdə qazdan təhlükəsiz istifadə, ildırım, sel və daşqın zamanı hərəkət qaydaları ilə bağlı məlumatlar  verilib.  

Daha sonra məişətdə və nəqliyyatda yanğın, dəm qazı, zəlzələ və torpaq sürüşməsi zamanı təhlükəsiz davranış qaydaları, odsöndürücü balonlardan istifadə üsulları və fövqəladə hadisələrin vaxtında qarşısının alınmasında "112" qaynar xətti"nin roluna dair məruzələr edilib.

***

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Abşeron rayonu Masazır kənd 4 ?-li tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirin keçirilməsində məqsəd müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Sumqayıt Regional Mərkəzinin, Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının, məktəbin müəllim və şagirdlərin iştirak etdikləri tədbirdə "Fövqəladə halların təsnifatı", "Zəlzələ zamanı necə davranmalı?", "Torpaq sürüşməsi zamanı davranış qaydaları", "Məişətdə yanğın zamanı davranış qaydaları", "Odsöndürən balonlardan istifadə", "Dəm qazı", "Çimərlikdə təhlükəsiz qaydaları" və "112" qaynar xətti" mövzularında çıxışlar edilib, mövzulara aid videoçarxlar nümayiş olunub.

Sonda mövzulara dair suallar cavablandırılıb və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılıb.

***

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi Hacıqabul rayonu, Atbulaq kənd tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirib.

Şagirdlərin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə nail olmaq məqsədi daşıyan tədbirdə Mərkəzin əməkdaşları fövqəladə hal anlayışı, təbii fəlakətlər, sel, daşqın, zəlzələ, yanğın təhlükəsizliyi, meşə yanğınları, su hövzələrində insanların təhlükəsizliyi, dəm qazından zəhərlənmənin profilaktikası, "112" qaynar xətti və sair mövzularda geniş məlumat veriblər. O cümlədən, "Daşqın, zəlzələ, dəm qazından zəhərlənmənin qarşısının alınması, bu kimi halların baş verməməsi və ya baş verdikdə nə etmək lazımdır" mövzusunda davranış qaydaları izah edilib, mövzulara aid videoçarxlar nümayiş olunub.

***

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Qazax rayonu Ş.Çobanov adına Ağköynək kənd tam orta məktəbinin müəllim və şagird kollektivi ilə "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirdə FHN-in Gəncə Regional Mərkəzinin və Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları iştirak ediblər.

Toplantının keçirilməsində məqsəd məktəbin kollektivinə müxtəlif xarakterli fövqəladə halların yaranma səbəbləri, onlardan qorunma üsulları haqqında biliklərin aşılanması olub.

Tədbirdə zəlzələ, "112" qaynar telefon xətti", dəm qazı, yanğınlar, odsöndürən balonlardan istifadə qaydaları haqqında geniş məlumat verilib, mövzulara aid fotoslaydlar, videoçarxlar nümayiş olunub.



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il