ENG     21 Avqust 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
9 Avqust 2019-ci il
N 27 (625)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Seminarda nasos stansiyalarının yanğın təhlükəsizliyi məsələləri diqqət mərkəzində saxlanılıb

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Abşeron Neft Kəmərlərinin Qaradağ İstehsalat Bölümünün Daşgil Neft Nəqletmə Sahəsinin Nasosxanasında "Nasos stansiyalarının yanğın təhlükəsizliyi" mövzusunda seminar keçirib.

 Seminarda neftvurma nasos stansiyalarının yanğın təhlükəsizliyi məsələlərinə toxunulub, həmçinin ərazinin saxlanma xüsusiyyətləri, o cümlədən yollar, yanğın təhlükəsizliyi tələblərinə uyğun aralıq məsafələr, binalara, su mənbələrinə və digər obyektlərə keçid yollarla bağlı tələblər, nəqliyyat vasitələrinin müəssisə ərazisinə buraxılması, yanğınsöndürmə və yanğın-rabitə, siqnalizasiya vasitələrinin saxlanılması qaydaları haqqında ətraflı danışılıb, mühəndis-texniki işçiləri, fəhlələr ilkin yanğınsöndürmə vasitələri, onların təsnifatı, tətbiq olunma qaydası haqqında maarifləndiriliblər.

Seminarda neftvurma nasos stansiyalarının qüvvədə olan qayda və normaların tələblərinə uyğun istismar edilməsi, nasos stansiyalarındakı bütün ventilyasiya qurğularının saz və fasiləsiz işinin təmin olunması, iş prosesində müntəzəm olaraq nasos və boru kəmərlərinin hermetikliyinə, sürtünən hissələrin yağlanması, yanğınsöndürmə qurğularına və siqnalizasiyasına nəzarət edilməsi, sürtgü materiallarının axmasına, sıçramasına və nasosların altında yığılmasına yol verilməməsi və s. yanğın təhlükəsizliyi məsələləri ilə bağlı tövsiyələr verilib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin

İctimaiyyətlə əlaqələr və təbliğat sektoru



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il