ENG     21 Avqust 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
9 Avqust 2019-ci il
N 27 (625)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Dövlətin diqqət və qayğısını gənclər hər zaman hiss edirlər

Fövqəladə Hallar Nazirliyində FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

Fevralın 1-də keçirilən tədbirdə Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, nazirliyin əməkdaşları iştirak edib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Daha sonra tədbiri giriş sözü ilə açan FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq 2 fevral tarixinin ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd edilməsindən, gənc nəslə göstərilən yüksək dövlət qayğısından bəhs edib, gənclər siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

FHN rəhbərliyi adından gəncləri təbrik edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev bildirib ki, Azərbaycanda gənclər siyasətinin banisi ulu öndər Heydər Əliyevin gənc kadrların yetişdirilməsində əvəzsiz xidmətləri olmuşdur. Bu siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev gənclərə xüsusi diqqət göstərir və dövlətimizin başçısının gənclərlə bağlı imzaladığı fərman və sərəncamları bunun ən bariz nümunəsidir. Nazir müavini deyib ki, Azərbaycan dövlətinin bu mütərəqqi siyasi xəttinə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyində gənclərin sosial problemlərinin həlli, onların vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov çıxışında Azərbaycanın bu gün keçdiyi inkişaf mərhələsində gənclərin rolundan danışıb. O, Azərbaycan gənclərinin keyfiyyətli təhsil almaları və əmək fəaliyyətlərinin təşkili məqsədilə Azərbaycan dövləti tərəfindən hər cür şərait yaradıldığını qeyd edib.

Gənclər adından çıxış edən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin zabiti Kamal Mustafayev onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına təşəkkürünü bildirib.

Çıxışlardan sonra xidmətdə fərqlənən və vəzifə borcunu layiqincə yerinə yetirmiş Nazirliyin bir qrup əməkdaşına Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının fəxri fərman və qiymətli hədiyyələri təqdim edilib.



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il